Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLAR

Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLARZaman-zaman SSRİ bayrağı ilə yürüş edən, tədbilərdə bu bayrağı dalğalandıran insanların cəzalandırıldığının şahidi oluruq. Sonuncu belə hadisədə biri tanınmış jurnalist olmaqla 4 nəfər həbs edildi. Bəs bu cür addımların, təbliğatın arxasında nə dayanır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova bildirib ki, kimliyindən asılı olmayaraq, Azərbaycan oğullarının canı-qanı bahasına bərpa etdiyi bütöv torpaqlarımızda nəinki keçmiş imperiyanın, istənilən hər hansı bir bayrağın qaldırılmasını və dalğalandırılmasını qəti şəkildə qəbul etmir:

"Şübhəsiz ki, bu, Azərbaycan dövlətinə, onun bayrağına, yenidən bərpa etdiyimiz müstəqilliyimizə, yenicə bərpa etdiyimiz ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı hörmətsizlik, eyni zamanda təhdid etmə, sual və şübhə altına salmaq cəhdidir. Mən bunu fərdi kontekstdə dəyərləndirməzdim. Çünki bu hadisə birinci dəfə baş vermir. Silsilə şəklində davam edirsə, deməli, burada zəncirvari prosesdən və düşünülmüş addımlardan söhbət gedir. Məsələyə sadəcə dövlət kontekstində yanaşmaq da düzgün olmazdı. Bu, həm də şəhidlərimizə qarşı son dərəcə hörmətsiz yanaşmadır".
Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLARPolitoloq qeyd edib ki, baş verən proseslər ilk olmadığından, bunu hüquq-mühafizə orqanlarımız araşdıracaq, bu istiqamətdə bütün detallar incələnəcək və bundan sonra lazımi tədbirlər görüləcək:

"Çünki Azərbaycanın təhlükəsizlik orqanları son dərəcə uğurlu və peşəkar iş ortaya qoyur. Bu, həm Vətən müharibəsində belə oldu, ondan sonrakı dövrdə də Azərbaycanın sabitliyinə və təhlükəsizliyinə yönələn bir neçə cəhd fonunda təhlükəsizlik orqanlarımızın son dərəcə peşəkar fəaliyyətinin şahidi olduq. Hadisə və proseslər təmkinlə araşdırılmalı, bu istiqamətdə də lazımi ölçülər götürülməlidir. İnsan əməlini dərk etməlidir, dərk etmirsə başa salmaq və mütləq lazımi tədbirlər alınmalıdır. İstər şimaldan, istər cənubdan, istərsə də qərbdən gələn bütün həmlələrə qarşı sayıq və aydın yanaşma ortaya qoymalıyıq".

Cavidan Mirzəzadə


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2296   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr