Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.
"Qafqazinfo" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyi bildirilir.
Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.
Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması qanunsuzdur.
İddia olunur ki, məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən direktor müavini Təranə Rəcəbli də məlumatlıdır.
Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 689 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan və Seneqal arasında vizasız səfərlər üçün saziş imzalana bilər
Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli sazişin imzalanması nəzərdə tutulur. Bu fikirləri Seneqalın Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohn
16 avqustPensiyalar neçə faiz artacaq? - Minimum RƏQƏM BƏLLİ OLDU
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur. Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir
16 avqustElektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanı
15 avqustSosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR
Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edi
16 avqustSentyabrda yay geri qayıdacaq? - Hava ilə bağlı AÇIQLAMA
"Havanın əvvəlki illərlə müqayisədə daha tez sərinləşməsi və payız əhval-ruhiyyəsinin hiss olunması bir çox insanda yay havasının yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suallar doğurur. Meteoroloji qanunauyğunluqlara və uzunmüddətli iqlim proqnozlarına əsasən, sentyabr ayında havaların yenidə
16 avqustYeni tədris ilinin məktəbli formalarının QİYMƏTLƏRİ AÇIQLANDI
Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:. "Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdə
16 avqust