"Siqaret çəkmək qadınlarda kişilərə nisbətən daha sürətli və ağır fəsadlar törədir" - AÇIQLAMA

"Siqaret çəkmək qadınlarda kişilərə nisbətən daha sürətli və ağır fəsadlar törədir" - AÇIQLAMASiqaret, dünya üzrə ən çox istifadə edilən tütün məhsulu kimi tanınır və hər il 5 milyondan çox insanın həyatını itirməsinə səbəb olan son dərəcə zərərli bir vərdişdir.

Siqaret çəkmək, dünya miqyasında qarşısı alına bilən qeyri-infeksion xəstəliklərin və bu xəstəliklərlə əlaqəli ölümlərin əsas səbəbidir. Siqaret tüstüsü 7.000-dən çox kimyəvi maddə ehtiva edir; bunlardan yüzlərlə zəhərli, 70-dən çoxu isə birbaşa xərçəng yaradan xüsusiyyətə malikdir.

Kadmium kimi batareyaların istehsalında istifadə olunan maddələr, bataqlıqlarda yüksək miqdarda olan metan qazı, kimya sənayesində geniş yayılmış zəhərli arsenik, həşərat dərmanlarında istifadə edilən nikotin, karbonmonoksit kimi zəhərli qazlar və ammonyak kimi maddələr siqaret tüstüsü vasitəsilə birbaşa insan orqanizminə daxil olur.

İnsan sağlamlığına son dərəcə zərərli olan bu kimyəvi maddələrdən biri də həşərat dərmanlarında istifadə edilən nikotindir. Nikotin, sinir sistemi üzərində güclü stimullaşdırıcı təsir göstərdiyi üçün, siqaret çəkən şəxslərdə zamanla həm psixoloji, həm də fiziki asılılıq yaranmasına səbəb olur. Xüsusilə də qadınlarda.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, siqaret tək qadınların deyil kişilərin sağlamlığına mənfi təsir göstərir:

"İlk olaraq ürək-damar xəstəlikləri və insult riskini artırır. Ağciyərlərə zərər verir, xroniki tənəffüs problemləri və ağciyər xərçəngi riskini yüksəldir. Reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər. Hamiləlik dövründə siqaret çəkmək dölün inkişafına və körpənin sağlamlığına ciddi zərər verə bilər. Diş və ağız sağlamlığını pisləşdirir. Uzunmüddətli istifadə nikotin asılılığına səbəb olur.Passiv siqaret tüstüsü də həm siqaret çəkən qadına, həm də ətrafındakı insanlara zərər verə bilər.Xüsusilə yeniyetmə yaşlarında nikotin istifadəsi beyin inkişafına və asılılıq yaranmasına daha çox təsir göstərə bilər".

Professor vurğulayıb ki, siqaret çəkmək qadınlarda kişilərə nisbətən daha sürətli və ağır fəsadlar törədir:

"Tütün məmulatları hormonal balansı pozur, vaxtından əvvəl qocalmaya səbəb olur, sonsuzluq, süd vəzi xərçəngi, ağciyər xərçəngi və hamiləlik zamanı ağır fəsadlar riski yaradır. Siqaret çəkmək qadınlarda sonsuzluq və hamilə qalmaqda çətinlik riskini artıra bilər. Bu təsir nikotin və tütün tüstüsündəki digər zərərli maddələrlə əlaqəlidir. Siqaret yumurtalıqların fəaliyyətinə mənfi təsir göstərə bilər və yumurtalıq ehtiyatının daha tez azalması ilə əlaqələndirilir.Yumurtaların keyfiyyətinə zərər verə bilər.Hamilə qalma müddətini uzada bilər.Erkən menopauza riskini artıra bilər.Hamiləlik baş verdikdə düşük və digər hamiləlik ağırlaşmaları riskini yüksəldə bilər.Passiv siqaret tüstüsünə uzunmüddətli məruz qalmaq da reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər. Qeyd edim ki, siqaret çəkən hər qadın sonsuz olmur, lakin siqaret reproduktiv sağlamlıq üçün dəyişdirilə bilən risk faktorlarından biridir. Siqareti tərgitmək sağlamlıq üçün faydalıdır və hamiləlik planlaşdıran qadınlar üçün xüsusilə önəmlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 366   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr