Bu şəxslərə ŞAD XƏBƏR: 41 min ailəyə müavinət ödənildi
Son illərdə sosial ödənişlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində proaktiv təyinat mexanizmlərinin tətbiqi genişlənir. Bu yanaşma uşağın anadan olmasına görə birdəfəlik müavinətin vətəndaş müraciəti olmadan avtomatik təyin edilməsinə imkan yaradır və sosial xidmətlərin əlçatanlığının artırılmasını hədəfləyir. 2026-cı ilin yanvar-iyul ayları ərzində 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənişi həyata keçirilib. Bəs, proaktiv qaydada müavinət təyinatı sosial təminat sisteminin səmərəliliyinə necə təsir edir və bu mexanizm vətəndaşlar üçün hansı üstünlükləri təmin edir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, proaktiv təyinat sistemləri ilk növbədə vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını asanlaşdırır:
"Eyni zamanda, bu sahədə şəffaflığın təmin edilməsinə xidmət edir və insan amilinin rolunu minimuma endirir. Bu sistem regionlarda yaşayan vətəndaşların sosial təminatla bağlı çətinliklərinin aradan qaldırılmasına da kömək edir. Avtomatik təyinat mexanizmi sayəsində vətəndaşların əlavə olaraq dövlət qurumlarına müraciət etməsinə ehtiyac qalmır".
Ekspert bildirib ki, nəticədə sosial təminat sahəsində daha əlçatan, operativ və rahat xidmət mexanizmi formalaşır:
"Əlbəttə ki, bu təyinat mexanizmləri tam avtomatik şəkildə işləyir. Hüquqi mübahisə doğura biləcək müəyyən məqamlar yarandıqda isə sistem onları avtomatik şəkildə təhlil edir və həlli istiqamətində müvafiq mexanizmləri tətbiq edir. Beləliklə, yaranan problemlər operativ şəkildə aradan qaldırılır və bütövlükdə sistem vətəndaşların mənafeyinə uyğun şəkildə fəaliyyət göstərir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 708 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
16 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabrGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabrNoyabr ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
17 noyabr