Qurban Qurbanov: "Uşaq vaxtı "Dinamo Kiyev"ə azarkeşlik etmişəm"

Qurban Qurbanov: "Uşaq vaxtı "Dinamo Kiyev"ə azarkeşlik etmişəm""Mən həmişə rəqibdən yox, özümüzdən narahat olmuşam".

Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" qarşılaşmasından əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, komandası ilə bağlı bəzi narahatlıqları var:

"ÇSKA Sofiya"ya qarşı cavab oyunundan sonra bəzi futbolçularda mikro zədələr yarandı, tam formada məşq edə bilmədilər. Oyundan sonra məşqçilərlə müzakirə edərkən də dedim ki, bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Heyətdə 90 dəqiqə oynamağa hazır olmayan oyunçular var idi. Zədədən qayıdan bəzi oyunçuların bərpası gec oldu".

"Dinamo Kiyev" kimi rəqiblərə, xüsusilə də köhnə postsovet komandalarına qarşı oynamağı xoşlamışam. Uşaq vaxtdı "Dinamo Kiyev"ə azarkeşlik etmişəm. O vaxtı əsas komandalar "Dinamo Kiyev" və "Spartak" idi. Köhnə "Spartak"ın oyunu mənim üçün daha uyğun idi. Ancaq "Dinamo"ya daha çox azarkeşlik edirdim. Bu cür komandalara qarşı oynamaq həmişə maraqlıdır. Bəlkə də, başqa komanda olsaydı, bizdə də azarkeşlər arasında oyuna maraq belə böyük olmazdı. Ancaq "Dinamo"nu hamı tanıyır, yaşlı nəsil onların oyunlarına baxıb. Belə komandalara qarşı oynamaq mənim üçün prestij olub, çəkinməmişəm. Həmişə demişəm irəli getmək, böyümək üçün bu cür komandalara qalib gəlməlisən", - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, "Arena Lublin" stadionunda keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" matçı avqustun 6-ı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 359   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb

"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub

10 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr