Metroda təmir, avtobusda ödəniş: Yeni qərar sərnişinlərin narazılığına səbəb olub - İQTİSADÇIDAN AÇIQLAMA

Metroda təmir, avtobusda ödəniş: Yeni qərar sərnişinlərin narazılığına səbəb olub - İQTİSADÇIDAN AÇIQLAMAAvqustun 15-dən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Bu səbəbdən sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə bir sıra ekspress avtobus marşrutları istifadəyə veriləcək. Lakin bu avtobuslardan istifadənin ödənişli olacağı açıqlanıb və qərar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çox vətəndaş hesab edir ki, metroda aparılan təmir işləri səbəbindən yaranan məhdudiyyətlər sərnişinlərin seçimindən irəli gəlmədiyi üçün alternativ marşrutların ödənişsiz olması daha məqsədəuyğun olardı.

Digər tərəfdən isə bu xidmətin ümumi ictimai nəqliyyat sisteminin bir hissəsi olduğu bildirilir. Bəs görəsən, təmir müddətində təşkil olunan alternativ marşrutların ödənişli olması nə dərəcədə əsaslı qərardır?
Metroda təmir, avtobusda ödəniş: Yeni qərar sərnişinlərin narazılığına səbəb olub - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, metroda təmir işləri ilə əlaqədar təşkil olunan alternativ marşrutların ödənişli olması məsələsi həm iqtisadi, həm də sosial baxımdan qiymətləndirilməlidir. Onun sözlərinə görə, bir tərəfdən, bu marşrutlarda xidmət göstərən avtobusların istismarı, yanacaq, texniki xidmət, sürücü əməyinin ödənilməsi və digər əməliyyat xərcləri mövcuddur: "Bu baxımdan müəyyən ödənişin tətbiqi iqtisadi cəhətdən başadüşüləndir.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, sərnişinlər bu marşrutlardan öz seçimlərinə görə deyil, metroda aparılan təmir işləri səbəbindən istifadə etməyə məcbur olurlar. Yəni burada söhbət əlavə nəqliyyat xidmətindən deyil, müvəqqəti olaraq metro xidmətini əvəz edən alternativ nəqliyyat vasitəsindən gedir. Bu səbəbdən vətəndaşların əlavə maliyyə yükü ilə üzləşməsi sosial baxımdan müzakirə doğuran məsələdir.

Ən optimal yanaşma ondan ibarət ola bilər ki, alternativ avtobus marşrutları mövcud ictimai nəqliyyat tarifləri çərçivəsində fəaliyyət göstərsin və ya metro kartı ilə inteqrasiya olunsun. Məsələn, sərnişin metroya daxil olmaq üçün ödəniş edibsə və təmir səbəbindən avtobusdan istifadə etməyə məcburdursa, həmin marşrut üzrə əlavə ödəniş tələb olunmaması daha ədalətli görünər. Bu yanaşma bir çox ölkələrdə də tətbiq olunur və sərnişin məmnuniyyətinin qorunmasına xidmət edir.

Əgər avtobus marşrutları ayrıca ödəniş əsasında fəaliyyət göstərəcəksə, tarifin sosial baxımdan əlçatan olması, marşrutların sayı və hərəkət intervalının sərnişin axınına uyğun təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır. Əks halda, vətəndaşlar həm əlavə xərc çəkəcək, həm də vaxt itkisi ilə üzləşəcəklər ki, bu da təmir işlərinə münasibəti mənfi istiqamətdə təsirləndirə bilər.

Ümumilikdə, metroda təmir işləri şəhər nəqliyyat infrastrukturunun yenilənməsi üçün vacibdir və bu cür layihələr müəyyən müvəqqəti narahatlıqlar yaradır. Lakin həmin narahatlıqların sosial təsirini minimuma endirmək üçün alternativ nəqliyyatın mümkün qədər əlçatan, rahat və sərnişinlər üçün əlavə maliyyə yükü yaratmayan model əsasında təşkil edilməsi daha məqsədəuyğun olardı. Bu, həm ictimai etimadın qorunmasına, həm də təmir müddətində nəqliyyat sisteminin səmərəli fəaliyyətinə müsbət təsir göstərə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1098   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

17 avqust
.

Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA

İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri

17 avqust
.

Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy

16 avqust
.

Prezidentin ali hərbi rütbə verdiyi şəxslər kimlərdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Aqşin Məhərrəmova "general-leytenant" ali hərbi rütbəsi verilib. -a istinadən Aqşin Məhərrəmovun dosyesini təqdim edir:. Aqşin Ramiz oğlu Məhərrəmov 14 avqust 1982-ci ildə Xaçmaz rayonunda anadan olub. Dövlət Sərhəd Xidmətinin Xüsusi Hav

17 avqust
.

Sentyabrda yay geri qayıdacaq? - Hava ilə bağlı AÇIQLAMA

"Havanın əvvəlki illərlə müqayisədə daha tez sərinləşməsi və payız əhval-ruhiyyəsinin hiss olunması bir çox insanda yay havasının yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suallar doğurur. Meteoroloji qanunauyğunluqlara və uzunmüddətli iqlim proqnozlarına əsasən, sentyabr ayında havaların yenidə

16 avqust
.

İrpenin fəxri vətəndaşlığı - Azərbaycanın uğurlu xarici siyasətinə verilən yüksək qiymət

Azərbaycan-Ukrayna münasibətlərində humanitar həmrəyliyin və qarşılıqlı etimadın yeni ifadəsi. Ukraynanın İrpen şəhər Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan etməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf

17 avqust
.

Dəbdəbəli toylardan imtina edək!

Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir

16 avqust
.

Yeni tədris ilinin məktəbli formalarının QİYMƏTLƏRİ AÇIQLANDI

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:. "Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdə

16 avqust
.

İrpendən gələn yüksək qiymət: Azərbaycanın uğurlu xarici siyasət kursunun yeni göstəricisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və Azərbaycan-Ukrayna münasibətlərinin inkişafının diqqətçəkən göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bu addım, ilk növbədə, Azərbayca

17 avqust