Bu ilanlar əsasən sahilə yaxın ərazilərdə məskunlaşırlar - TƏHLÜKƏ

Bu ilanlar əsasən sahilə yaxın ərazilərdə məskunlaşırlar - TƏHLÜKƏSon günlər sosial şəbəkələrdə Xəzər dənizində, xüsusilə sahilyanı ərazilərdə zəhərli ilanların, o cümlədən gürzələrin artdığı ilə bağlı yayılan görüntülər və iddialar ictimai narahatlıq yaradıb. Mütəxəssislər isə bildirirlər ki, sosial mediada yayılan məlumatlarla elmi faktlar hər zaman üst-üstə düşmür. Bəs, dənizdə müşahidə olunan ilanlar əsasən hansı növlərə aiddir, onların insanlar üçün təhlükəsi nə dərəcədədir və mövcud vəziyyət aidiyyəti qurumlar tərəfindən əlavə monitorinqin aparılmasını zəruri edirmi?
Bu ilanlar əsasən sahilə yaxın ərazilərdə məskunlaşırlar - TƏHLÜKƏMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, Xəzər dənizində gürzə ilanı yoxdur.

"Xəzərdə əsasən su ilanları yaşayır. Sosial şəbəkələrdə yayılan görüntülərdə görünən dama-dama naxışlı su ilanlarının həm iri, həm də kiçik ölçülü növlərinə rast gəlinir. Bundan əlavə, Xəzərdə başqa su ilanı növləri də mövcuddur. Bu ilanlar əsasən sahilə yaxın ərazilərdə məskunlaşırlar. Abşeron yarımadasında da onların toplandığı müəyyən ərazilər var. Onlar həm suda, həm də quruda yaşayırlar və uzun illərdir Xəzərin ekosisteminin tərkib hissəsini təşkil edirlər".

Ekoloq bildirib ki, gürzə isə tamamilə fərqli növdür və Xəzər dənizində yaşamır.

"Bu ilan su ilanı deyil, əsasən quru mühitində yaşayır. Abşeron yarımadasının bəzi ərazilərində təsadüfən rast gəlinə bilsə də, ümumilikdə gürzə nə Abşerona, nə də Bakıya xas ilan növü hesab olunur. O, daha çox dağlıq və meşəlik ərazilərdə yaşayır, bəzən su ehtiyacını ödəmək üçün çaylara yaxınlaşır. Xəzər dənizinin suyu duzlu olduğundan bu mühit gürzə üçün uyğun deyil. Buna görə də gürzə ilanının Xəzər dənizində yaşaması mümkün deyil. Ona dağlıq və qayalıq ərazilərdə rast gəlmək mümkündür, lakin Xəzər dənizi üçün xarakterik növ hesab edilmir".

Onun sözlərinə görə, Xəzərdə yaşayan su ilanları min illərdir bu ekosistemin ayrılmaz hissəsidir və bu gün də mövcudluğunu qoruyur. Buna görə də onların görünməsi hər hansı ekoloji və ya çirklənmə probleminin göstəricisi deyil.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1999   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr