"Qarabağ" yeni futbolçu transfer edəcək?
"Qarabağ" heyəti gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir.
Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Kiyev "Dinamo"su ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.
"Axtarışlarımız davam edir. Heyətə yeni futbolçular cəlb etmək istəyirik. İnanıram ki, istədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik", - mütəxəssis vurğulayıb.
Q.Qurbanov komandanın qolkiperi Mateuş Koxalskinin psixoloji durumu haqqında danışıb:
"Koxalskinin psixoloji vəziyyəti qaydasındadır. Ümumiyyətlə, tənqidləri qəbul etməliyik. Hətta uduzduğunuz oyunlarda belə bizi bəzən alqışlayıblar. Koxalski ÇSKA ilə Sofiyadakı oyunda sadəcə penaltilər seriyasında kömək edə bilmədi. Oyunlardakı çıxışı qənaətbəxş idi, narazı qalmadım. Məğlub oluruqsa, tənqid də olunmalıyıq".
O. Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü ilə bağlı fikirlərini də bölüşüb:
"Növbəti çempionat daha gərgin keçəcək. Daha səliqəli və diqqətli hazırlaşmalıyıq. Amma hələ avrokubokları düşünürük".
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.//Report
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 498 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabrAzərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabrMessi İspaniya futbol klubunu alır
"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən "Eldense" klubunun sahibləri ilə klubun alınmasının əsas şərtləri barədə razılığa gəlib. Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir. Yayılan məlumata görə, argentinalı futbolç
9 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrPSJ Mbappedən 60 min avro təzminat alacaq
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl
16 sentyabr"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy
11 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir
10 sentyabr