"Fast-food" uşaqlar üçün hansı təhlükəni yaradır? - Ekspertdən AÇIQLAMA
"Fast food"(ayaqüstü) qidaların uşaqların sağlamlığına mənfi təsirləri olduqca ciddidir və bu məhsullar həm fiziki, həm də zehni inkişafı ləngidir. Yüksək yağ, şəkər və duz tərkibli bu qidalar uşaqların immun sistemini zəiflədir və xroniki xəstəliklərə zəmin yaradır.
Bununla bağlı Sonxeber.az-a danışan qida eksperti Məhsəti Hüseynova bildirib ki, "fast food" qidaların uşaqların sağlamlığına təsiri kifayət qədər ciddi ola bilər:
"Bu qidalar adətən duz, şəkər və doymuş yağlarla zəngin, vitamin, mineral və lif baxımından isə nisbətən kasıb olur. Uşaqlara əsas təsirlərindən biri artıq çəki riskini artıra bilər. Belə ki, yüksək kalorili qidaların tez-tez qəbul edilməsi uşaqlarda sağlam olmayan çəki artımına səbəb ola bilər. "Fast food" qidaları diş sağlamlığına təsir edir. Şəkərli içkilər və şirin "fast food"məhsulları diş çürüməsi riskini artırır. Elecə də, bu qidalar uşaqların həzm sisteminə də mənfi təsir göstərir. Çünki lifin az olması qəbizlik və digər həzm problemlərinə şərait yaradır".
Ekspert vurğulayıb ki, "fast food" qidalar ürək-damar sağlamlığına da mənfi təsir göstərir. Həddindən artıq duz və doymuş yağların müntəzəm istifadəsi uzunmüddətli perspektivdə qan təzyiqi və ürək-damar sağlamlığı üçün əlverişsiz ola bilər:
"Bu cür qidalanma keyfiyyətini azalda bilər. "Fast food" əsas qidaların yerini tutduqda uşağın zülal, vitamin, mineral və lif ehtiyaclarının tam qarşılanması çətinləşir. Balanssız qidalanma uşağın gün ərzində özünü enerjili hiss etməsinə və dərs zamanı diqqətini toplamasına da mənfi təsir göstərir.
"Fast food" tamamilə qadağan edilməli qida kimi deyil, tez-tez və əsas qidalanma mənbəyi kimi istifadə edilməməli məhsul kimi qiymətləndirilməlidir. Uşaqlar üçün tərəvəz, meyvə, tam taxıl məhsulları, süd məhsulları və zülal mənbələri ilə balanslaşdırılmış qidalanma daha məqsədəuyğundur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 493 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
16 noyabrRəşid Mahmudovun evində partlayış baş verib?
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabrGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabrNoyabr ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
17 noyabr