Bu vəziyyət valideynlərin arxayınlaşması üçün əsas yaratmır - Sosioloqdan ÇAĞIRIŞ

Bu vəziyyət valideynlərin arxayınlaşması üçün əsas yaratmır - Sosioloqdan ÇAĞIRIŞAzərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələrin müəyyənləşdirilməsi rəqəmsal təhlükəsizlik mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə uşaqların və yeniyetmələrin internet mühitində qorunması məqsədi daşıyan bu dəyişikliklərin nə dərəcədə effektiv olacağı geniş müzakirə olunur. Bəs, yaş məhdudiyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi azyaşlıların rəqəmsal davranışına necə təsir göstərə bilər və bu cür hüquqi mexanizmlər valideyn nəzarətini nə dərəcədə əvəz edə bilərmi?
Bu vəziyyət valideynlərin arxayınlaşması üçün əsas yaratmır - Sosioloqdan ÇAĞIRIŞMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyəti tələblərinin sərtləşdirilməsi məsələsi təkcə uşaq və yeniyetmələrə deyil, həm də onların valideynlərinə müəyyən məsuliyyət yükləyir.

"Bu, ilk növbədə valideyn nəzarəti ilə birlikdə həyata keçirilməli olan bir məsələdir. Çünki azyaşlı uşaqlar sosial şəbəkələrdə elə davranışlar sərgiləyə bilərlər ki, yaşlarına görə onlara hüquqi sanksiyaların tətbiqi mümkün olmasa da, belə hallarda valideynlər birbaşa məsuliyyət daşımalıdırlar. Bu məsuliyyət yalnız hüquqi normaların icrası ilə məhdudlaşmır. Eyni zamanda, cəmiyyətin sağlam inkişafı, gələcək nəslin düzgün formalaşması, ailə institutunun səmərəli fəaliyyət göstərməsi və gələcəkdə ailə quracaq şəxslərin şəxsiyyət kimi yetişməsi baxımından da mühüm əhəmiyyət daşıyır".

Sosioloq bildirib ki, ailə institutu hüquqi, sosial, mənəvi və ənənəvi normalara əsaslanan bir sistemdir:

"Ailə həm hüquqi, həm ictimai, həm də milli-mənəvi dəyərlərin bir araya gəldiyi əsas institutlardan biridir. Sosial şəbəkələrdə uşaq və yeniyetmələrin ənənəvi, mənəvi və hüquqi normalardan kənara çıxan davranışları baş verdikdə, bunun mənəvi məsuliyyəti valideynlərin üzərinə düşür. Eyni zamanda, həmin şəxslər azyaşlı olduqları üçün onların hüquqi məsuliyyətini də valideynlər daşıyırlar. Bu baxımdan tətbiq olunan yaş məhdudiyyətləri valideyn nəzarətini əvəz etmir və valideynlərin arxayınlaşması üçün əsas yaratmır. Əksinə, valideynlər tətbiq olunan məhdudiyyətlər və aidiyyəti qurumlarla paralel şəkildə fəaliyyət göstərməli, bu mexanizmlərin ailə daxilində və uşaqların sosial şəbəkələrdən istifadəsində necə tətbiq olunduğuna ciddi nəzarət etməlidirlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 482   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr