Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

Şakira həmin uşaqları evində qonaq etdi - FotolarDünyaşöhrətli müğənni Şakira Uqandanın məşhur "Ghetto Kids" rəqs qrupunun üzvlərini evində qonaq edib.

"Qafqazinfo" xəbər verir ki, müğənni bununla bağlı "Instagram" hesabında paylaşım edərək uşaqlarla keçirdiyi günləri unudulmaz adlandırıb.

"Son bir neçə gün sözlə ifadə edilə bilməyəcək qədər böyük sevgi ilə dolu keçdi.

Sizi həyatınızda ilk dəfə çimərliyə apardım və hər gün ailəmizlə, dostlarımızla birlikdə vaxt keçirdik. Haraya getsəniz, oranı necə dəyişdirdiyinizi və qarşılaşdığınız hər kəsin qəlbinə toxunduğunuzu heyranlıqla izlədik.

Sizinlə vidalaşmaq çox çətin idi. Çünki siz sevgini həm verməyi, həm də qəbul etməyi indiyədək görmədiyim şəkildə bacarırsınız. Bu, günlərimizi daha işıqlı etdi və bizə göstərdi ki, ürəyimizi açdıqda əsl möcüzələr baş verir.

Siz bizə sübut etdiniz ki, haradan gəlməyimizdən, nəyə sahib olmağımızdan və ya nəyimizin çatışmamasından asılı olmayaraq, bir-birimizi sevə bilərik.

Fərqli qitədə doğulsanız, başqa mədəniyyətdə yaşasanız və başqa dildə danışsanız belə, sizi artıq öz övladlarım kimi sevirəm. Sizinlə keçirdiyim vaxt mənə bir daha xatırlatdı ki, dünyadakı hər bir uşaq öz övladımız kimi sevilməli və qayğı görməlidir.

Uşaqlar bu dünyaya anaları və ataları vasitəsilə gəlirlər, amma onların xoşbəxtliyi hamımızın məsuliyyətidir.

İvan, Riki, Cozef, Brayton, Keşa, Cojo, Siara və Ketra, özünüz olduğunuz və bizə həyat, sevgi və insanlıq haqqında ən dəyərli dərsləri öyrətdiyiniz üçün təşəkkür edirəm. Sizi həmişə və əbədi olaraq sevəcəyik!", - o qeyd edib.

Xatırladaq ki, Uqandanın paytaxtı Kampala şəhərində yaradılan bu qrup əvvəllər "Triplets Ghetto Kids" adı ilə fəaliyyət göstərib. Dünya çempionatının final şousunda "Ghetto Kids" dünyaşöhrətli müğənni Şakiranın "Burna Boy" ilə ifa etdiyi "Dai Dai" mahnısı zamanı müğənni ilə birlikdə səhnəyə çıxaraq rəqs edib.

Bildirilib ki, qrup Şakiranın dəvəti ilə final mərasiminə qatılıb və çıxışdan əvvəl məşqlərdə iştirak edib.

Şakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - FotolarŞakira həmin uşaqları evində qonaq etdi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 698   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

"Belə valideynləri qınayıram"

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini

7 sentyabr
.

Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO

Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy

18 sentyabr
.

Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara

19 sentyabr