Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - "Bacımı torpağın altına qoydu..."

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - "Bacımı torpağın altına qoydu...""Mən bilmirəm "National Prime Hospital"ın estetik cərrahı Nicat Həsənov qarın kəsir, yoxsa burun? Onu bilirəm ki, bu həkim 35 yaşlı bir qadını torpağın altına qoydu..."

Bu iddialarla "Qafqazinfo"ya adıçəkilən həkim tərəfindən icra olunan əməliyyatdan sonra vəfat edən Nərmin Zeynalovanın bacısı Günay Əsgərova müraciət edib.

O bildirib ki, fevralın 17-də bacısı abdominoplastika (red- qarın nahiyəsindəki artıq dərini və piyləri çıxarmaq, zəifləmiş əzələləri bərpa etmək və daha düz bir görünüş yaratmaq üçün edilən cərrahi əməliyyat) etdirib: "4-5 gün xəstəxanada qaldı. Evə gəldikdən sonra isə vəziyyəti yaxşı deyildi. Həkimə bunu bildirsək də, qabaqlayıcı heç bir müalicə yazmadı. Bir neçə gün sonra yoxlanışa getdik, həkim dəri altına qoyulan şlanqları (drenlər) çıxartdı. Bacımın vəziyyəti heç yaxşı olmurdu, nə düzgün qidalanırdı, nə də yata bilirdi.

Həkim sadəcə iki dərman yazdı, biri seftriakson antibiotik, digəri isə ketonal. Halbuki bu dərmanları insanlar qripə və digər yüngül ağrılara qarşı istifadə edirlər. Biz sonradan bildik ki, bacımda 3 əməliyyat icra olunub, ancaq sadəcə birindən məlumatlı idik. Axı bu necə ola bilər? Sən demə, 3 ağır əməliyyat keçirib. Belə ki, qarıngərmə ilə yanaşı, liposaksiya (red-bədənin müəyyən nahiyələrindən pəhriz və idmanla getməyən artıq piylərin xüsusi vakuum vasitəsilə sorulub çıxarılması üzrə estetik cərrahiyyə və bədən şəkilləndirmə proseduru) və popofilinq də (red-müvafiq nahiyənin formasını yaxşılaşdırmaq, həcm vermək və ya simmetriya yaratmaq məqsədilə edilən estetik prosedurdur) olub.
Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - "Bacımı torpağın altına qoydu..."Bu qədər ağır əməliyyatdan sonra isə sadəcə antibiotik yazmışdı. Nəticədə bacım artıq şlanqlar çıxarıldıqdan sonra evdə boğularaq vəfat etdi. O həkim bir dəfə də geriyə dönüb baxmadı..."

Mərhumun bacısının sözlərinə görə, həkim əməliyyat zamanı xəstəyə ailəsindən xəbərsiz qan vurub: "Bu 3 əməliyyatdan xəbərimiz olmadığı kimi, əlavə qan vurulmasından da xəbərsizdik. Belə ki, proses bitdikdən sonra dedilər ki, "qan pulu borcunuzu ödəyin". Mən anlamıram, əgər bu orqanizm çatdıra bilmirdisə, niyə bizdən xəbərsiz bu qədər əməliyyat icra olunub? Həkim bacım vəfat etdikdən sonra özündə heç bir günah görmədi, kobud danışdı. Getdik yanına, qışqıraraq dedi ki, "məndən nə istəyirsiniz, kimə şikayət edirsinizsə, edin, mənim əlimdə ekspert rəyi var".

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - "Bacımı torpağın altına qoydu..."Bacımın vəfatından sonra ekspert rəyi verildi. Rəydə qeyd olunub ki, trombdan ölüb. Bəs belə idisə, niyə tromba görə ağrıkəsici yazmışdı? Ümumilikdə xəstəxanaya 3600 manat pul ödəmişdik. Onu da qaytarmaq istəmirdilər. Bizim təkidimizlə qaytardılar və orada yazılmışdı ki, "ailənin maddi durumu aşağı olduğuna görə, ödəniş geri verilir".

Niyə belə minnət edirlər anlamıram. Atam əlildir, anam xəstədir. Geridə bacımın 3 azyaşlı uşağı qalıb. O həkim bir düşünmədi ki, 35 yaşlı bir qadını torpağın altına qoydu. Hələ bizə deyir ki, "gördüyüm işə arxayınam", budur gördüyün iş? Çıxıb cavab verməlidir. Xəstəxana ilə bağlı heç bir sənədimiz, arayışımız da yoxdur".

Fevralın 17-də əməliyyat edilən Nərmin Zeynalova 3 gün sonra evə buraxılıb. Həmin ayın 24-ü yenidən müayinə üçün hospitala gedib, 25-i səhər saatlarında isə yaşadığı ünvanda ölüb.

Şikayətçi həmçinin qeyd edib ki, klinika rəhbərliyindən bir neçə şəxs mərhumun yas mərasiminə gələrək ailəyə maddi yardım göstərmək istəyiblər: "Özlərində günah görmürlər, hətta deyirlər ki, "nə etməliydik?! Yasa da gəlmişik". Yasa hamı gəlir, küsülü də, qanlı da, yad da. Yasın ortasında gəlib bizə pul təklif etdilər ki, "maddi dəstək olaq". Mənə pul lazımdır? Nəyi qaytaracaqsınız? Yasın ortasında belə şey edərlər? Onlar bizə başsağlığı vermədilər, pul təklif etdilər..."

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - "Bacımı torpağın altına qoydu..."İddialarla bağlı estetik cərrah Nicat Həsənovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə və mesajlarımıza geridönüş ala bilmədik.

Şikayətçinin saytımıza göndərdiyi sənədlərdən aydın olur ki, sözügedən ölüm faktı əsasında cinayət işinin başlanması rədd edilib. Nərimanov rayon prokurorluğunun qərarında deyilir ki, Nərmin Zeynalovanın əməliyyatı və müalicəsi zamanı plastik cərrah Həsənov Nicat Bəxtiyar oğlu və digər şəxslər tərəfindən onun üzərində aparılmış tibbi müdaxilələr (cərrahiyyə əməliyyatları) təyin edilmiş diaqnoza və vəziyyətinə uyğun olub. Ona göstərilmiş tibbi xidmət zamanı səhiyyə sistemində mövcud olan təlimat qaydalarının tələblərinə uyğunsuzluq müəyyən edilməyib.

Məsələ ilə əlaqədar Analitik Ekspertiza Mərkəzinə (AEM) də sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, araşdırma aparılması üçün vətəndaşın mərkəzə birbaşa müraciət etməsi lazımdır: "Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür.

Ortada ölüm faktı varsa, artıq məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Onlar araşdırır və ehtiyac olarsa, bizə müraciət etdikləri halda rəyimizi onlara təqdim edirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr