"Uşaqlara sosial şəbəkələrə girişə məhdudiyyət qoyulması onları kiberzorakılıqdan qorumağa kömək edəcək" - DEPUTAT

"Uşaqlara sosial şəbəkələrə girişə məhdudiyyət qoyulması onları kiberzorakılıqdan qorumağa kömək edəcək" - DEPUTAT16 yaşa qədər uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasının əsas məqsədi onların təhlükəsizliyini, psixoloji sağlamlığını və təhsil maraqlarını qorumaqdır.

16 yaşa qədər uşaqlara sosial şəbəkələrə girişə məhdudiyyət qoyulması onları ilk olaraq kiberzorakılıqdan qoruyacaq. Yeni sosial şəbəkələrdə uşaqlara qarşı olan təhqir, təhdid və onlayn təzyiq hallarının qarşısını alacaq. Bundan əlavə bu qərarın verilməsində digər məqsəd zərərli məzmundan qorunma, yeni, uşaqların yaşlarına uyğun olmayan və psixoloji baxımdan mənfi təsir göstərə bilən məzmunla qarşılaşmasını azaltmaq.

Qəbul olunan bu qanun uşaqların şəxsi məlumatların qorunmasına, onların foto, ünvan, məktəb və digər şəxsi məlumatlarını yad şəxslərlə paylaşmasının qarşısını alacaq. Bundan əlavə sosial şəbəkələrdən həddindən artıq istifadənin qarşısını alacaq və vaxtın daha səmərəli keçirilməsinə şərait yaradacaq.Ən önəmlisi isə təhsilə diqqəti artıracaq və dərs, mütaliə, idman kimi digər faydalı fəaliyyətlərə daha çox vaxt ayırmağa imkan yaranacaq, uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz davranış formalaşdırmasına kömək edəcək.

Gələcəyimizi qorumaq hər birimizin borcudur. Əminəm ki, bundan sonra uşaqların onlayn təhlükələrdən qorunması güclənəcək, kiberzorakılıq və onlayn təzyiq riskləri azalacaq. Dərsə və təhsilə ayrılan vaxt artacaq, uşaqların yuxu rejimi və gündəlik həyat balansını qorunması mümkün olacaq.Uşaqların real ünsiyyətə və sosial fəaliyyətlərə marağı artacaq. Bundan əlavə, bu qanun şəxsi məlumatların yad şəxslər tərəfindən əldə edilməsi riskini azaldır, rəqəmsal savadlılığın və məsuliyyətli internet istifadəsinin formalaşmasına şərait yaradır.

Bundan sonra valideynlər uşaqların rəqəmsal fəaliyyətinə daha düzgün nəzarət edə bilirlər.Vacib məqam isə nəhdudiyyət yalnız qadağa formasında deyil, uşaqlara internetdən təhlükəsiz və məsuliyyətli istifadə qaydalarının öyrədilməsi ilə birlikdə tətbiq edildikdə daha səmərəli ola bilər.

16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması məsələsində valideynlərin rolu yalnız nəzarətlə məhdudlaşmamalı, maarifləndirmə və düzgün rəqəmsal davranışın formalaşdırılmasını da əhatə etməlidir.

Valideynlərin əsas öhdəlikləri aşağıdakılardır:

Yaş məhdudiyyətlərinə əməl olunmasına nəzarət etmək və uşağın yaşına uyğun olmayan sosial şəbəkələrdən istifadəsinin qarşısını almaq.

Uşağa internet təhlükəsizliyi qaydalarını izah etmək - tanımadığı şəxslərlə ünsiyyət, şübhəli keçidlər və şəxsi məlumatların paylaşılması barədə məlumatlandırmaq.

Kiberzorakılığın qarşısını almaq və uşaq belə halla qarşılaşdıqda onu dəstəkləmək.

Şəxsi məlumatların qorunmasını təmin etmək - foto, ünvan, telefon nömrəsi, məktəb və digər məlumatların açıq paylaşılmamasını öyrətmək.

İnternetdən istifadəyə sağlam vaxt çərçivəsi müəyyənləşdirmək, uşağın dərs, yuxu, istirahət və sosial fəaliyyətlərinə kifayət qədər vaxt ayırmasına şərait yaratmaq.

Uşağın sosial şəbəkələrə marağının səbəblərini dinləmək, yalnız qadağa qoymaq əvəzinə onunla açıq və sakit söhbət aparmaq.

Nümunə olmaq - valideynlərin özləri də sosial şəbəkələrdən məsuliyyətli istifadə etməlidirlər.

Uşağın davranışında ciddi dəyişikliklər müşahidə etdikdə məktəb psixoloqu, müəllim və digər uyğun mütəxəssislərlə əməkdaşlıq etmək.

Bir sözlə qanunun qəbul olunmasında əsas məqsəd uşağın internetdən tamamilə uzaqlaşdırılmasına deyil, onun təhlükəsiz və məsuliyyətli rəqəmsal vərdişlər qazanmasıdır.

Cavanşir Paşazadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 385   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr