Mal ətinin qiyməti BAHALAŞDI: Səbəb nədir?
İsmayıllı rayonunda mal ətinin pərakəndə satış qiymətinin 1 manat artaraq 17 manatdan 18 manata yüksəlməsi ərzaq bazarında qiymət dinamikası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Qiymət artımı həm istehsalçılar, həm də istehlakçılar üçün əhəmiyyətli məsələ hesab olunur. Bəs, bu bahalaşmanın arxasında hansı iqtisadi amillər dayanır və diri heyvanların alış qiymətinin artması, istehsal xərcləri, eləcə də bazardakı təklif və tələbin dəyişməsi pərakəndə satış qiymətlərinə necə təsir göstərir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ətin qiyməti davamlı olaraq artır və bunun kifayət qədər obyektiv səbəbləri var.
"Ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayı ildən-ilə azalır. Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi daha ciddi tədbirlər görməlidir. Çünki mal-qaranın sayının azalması ümumilikdə ət bazarında təklifə təsir edir və nəticədə qiymətlərin yüksəlməsinə səbəb olur".
Ekspert bildirib ki, bundan əlavə, demək olar ki, bütün sahələrdə qiymət artımı müşahidə olunur:
"Digər məhsulların qiyməti bahalaşdıqca, ət satışı ilə məşğul olan şəxslər də qiymətlərini artırmağa məcbur qalırlar. Çünki onlar da istehlakçıdırlar. Məsələn, ət satdıqdan sonra əldə etdikləri vəsaitlə un, düyü, yağ və digər məhsullar alırlar. Həmin məhsulların qiyməti yüksəldikdə, onlar da artan xərclərə uyğunlaşmaq üçün satdıqları ətin qiymətini artırırlar".
Onun sözlərinə görə, qiymət artımı iki əsas amillə bağlıdır:
"Bir tərəfdən, ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının azalması nəticəsində bazarda təklif zəifləyir. Digər tərəfdən isə iqtisadiyyatda ümumi qiymət artımı fonunda ətin də qiyməti yüksəlir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 609 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabr