Azərbaycanda kommunal xidmətlərin qiymətləri yenidən BAHALAŞA BİLƏR?

Azərbaycanda kommunal xidmətlərin qiymətləri yenidən BAHALAŞA BİLƏR?Azərbaycanda kommunal xidmətlərin qiymətləri Tarif (qiymət) Şurasının qərarları ilə tənzimlənir. Əhali üçün elektrik enerjisi, təbii qaz, su, istilik və yeni tətbiq olunan sabit abunə haqlarının cari tarifləri həcm limitlərinə görə diferensiallaşdırılıb.

Elektrik Enerjisi Tarifləri (Əhali)0-200 kVt·st istehlak üçün: 8,4 qəpik / kVt·st200-300 kVt·st istehlak üçün: 10 qəpik / kVt·st300 kVt·st-dan çox istehlak üçün: 15 qəpik / kVt·st. Sabit tarif: Hər ay hər bir elektrik sayğacı üçün əhali abonentlərinə 1 manat sabit xərc tətbiq olunur.

Təbii Qaz Tarifləri (Əhali)İllik 0-1200 kubmetr istehlak üçün: 12,5 qəpik / m³İllik 1200-2500 kubmetr istehlak üçün: 22 qəpik / m³İllik 2500 kubmetr-dən çox istehlak üçün: 30 qəpik / m³Sabit tarif: Hər ay hər bir qaz sayğacı üçün əhali abonentlərindən 1 manat sabit ödəniş alınır.

Su və Tullantı Sularının AxıdılmasıBakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə: 1 kubmetr üçün 1,00 manatDigər inzibati rayonlar üzrə: 1 kubmetr üçün 0,90 manatSayğac olmadıqda bir nəfər üçün aylıq istehlak norması 5 kubmetr hesab olunur.Mərkəzi İstilik TəchizatıYaşayış sahəsinin hər 1 kvadratmetri üçün aylıq: 0,45 AZNSayğaclı binalarda: 1 Qkal üçün 14,6 manat.

Bu gün müzakirə edilən məsələlərdən biri kommunal xidmətlərin bahalaşmasıdır. Bəzi ekspertlər yaxin vaxtlarda bəzi kommunal xidmətlərin qiymətində artım olacağını ilə bağlı fikirlər səsləndirirlər.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda kommunal xidmətlərin qiymətləri ilə bağlı son illərdə bir neçə tarif dəyişikliyi olub:

"Hazırkı vəziyyətdə əsas dəyişikliklər elektrik enerjisi və təbii qaz üzrə tariflərə, həmçinin bəzi kommunal xidmətlərin qoşulma və sabit ödənişlərinə aiddir. Tarif Şurasının rəsmi məlumatlarında kommunal ödənişlərə elektrik, qaz, su, istilik və məişət tullantıları daxildir.

Azərbaycan həm daxili tələbatı tam ödəyir, həm də elektrik enerjisini xarici bazarlara ixrac edir:Hazırda elektrik enerjisi 2026-cı ilin yanvarın 1-dən əhali üçün aylıq 1 manat sabit tarif tətbiq olunmağa başlayıb.

Təbii qaz üzrə 2025-ci ilin əvvəlindən istehlak pillələri üzrə tariflərdə dəyişiklik edilmişdi; 2026-cı ildən isə qaz təchizatı üzrə də sabit tarif mexanizmi tətbiq edilir. Su və digər xidmətlər üçün yeni su təchizatı, tullantı sularının idarə olunması, istilik və məişət tullantıları üzrə də müxtəlif tariflər mövcuddur və bəzi xidmətlərin qoşulma haqları müəyyənləşdirilib".

Ekspert vurğulayıb ki, bahalaşma əsasən sosial təminatı aşağı olan ailələrə mənfi təsiri göstərir. Ümumilikdə isə kommunal tariflərin artması ilk növbədə ailələrin aylıq xərclərini yüksəldə bilər. Xüsusilə çox elektrik və qaz istifadə edən ailələrdə bu təsir daha çox hiss olunur. Kommunal xərclərin artması nəqliyyat, ərzaq və digər gündəlik xərclərlə birlikdə ailə büdcəsinə əlavə yük yarada bilər.Digər tərəfdən, tarif dəyişikliklərinin əsas məqsədlərindən biri kommunal xidmətlərin maliyyə dayanıqlığını təmin etmək, infrastrukturun yenilənməsinə və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaratmaqdır.

Bahalaşmanın təsirini azaltmaq və az gəlirli ailələrin əlavə yükünü azaltmaq üçün ehtiyacı olan ailələrə ünvanlı sosial dəstək artırılması vacibdir. Kommunal tariflərdə sosial həssas qruplar üçün güzəştlər nəzərdən keçirilə bilər.Enerji səmərəliliyini artıran layihələr genişləndirilməlidir. Tarif dəyişiklikləri barədə əhaliyə daha aydın məlumat verilməlidir. Yəni kommunal xidmətlərin bahalaşması yalnız qiymət məsələsi deyil, həm də ailələrin sosial müdafiəsi və yaşayış xərclərinin idarə olunması məsələsidir. Ümumilikdə isə bu gün kommunal xidmətlər üzrə tariflərin artırılması üçün hər hansı obyektiv iqtisadi zərurət yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3409   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021