Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI

Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin artması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən aktuallaşdırıb. Sosial sahəyə ayrılan vəsaitin artırılması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin davamı kimi qiymətləndirilsə də, ilin ikinci yarısında əlavə artımların olub-olmayacağı maraq doğurur. Bəs, mövcud iqtisadi şərait maaş, pensiya və sosial ödənişlərin yenidən artırılmasına imkan verirmi və bu istiqamətdə hansı amillər həlledici rol oynayır?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bir sıra sosial ödənişlərdə artımlar qanunvericiliklə tənzimlənir.

"Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu artım 2026-cı ilin yanvar ayında həyata keçirildi. Eyni qaydada, 2027-ci ilin yanvar ayında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artımlar tətbiq olunacaq. Əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiya məbləği isə hər altı ildən bir onların topladığı pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, əmək fəaliyyətini davam etdirən 1300 pensiyaçının pensiya məbləğində artım həyata keçirilib. Onların altı il ərzində formalaşmış pensiya kapitalının 90 faizi 72 aya bölünərək aylıq pensiya məbləğinə əlavə olunub və nəticədə pensiyaları artırılıb".

Deputat qeyd edib ki, təkliflərdən biri də yaşa görə sosial müavinətin artırılması ilə bağlıdır:

"Hazırda yaşa görə müavinətin məbləği 220 manatdır. Hesab edirik ki, bu məbləğə yenidən baxılması və artırılması məqsədəuyğundur. Çünki yaşa görə müavinət əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara ödənilir və yaş artdıqca onların gündəlik xərcləri də artır. Bu baxımdan müavinətin artırılması həmin şəxslərin sosial təminatının daha da gücləndirilməsinə töhfə verə bilər. Eyni zamanda, əmək fəaliyyətini davam etdirən pensiyaçılar üçün də qanunvericilikdə nəzərdə tutulmuş qaydada artımlar davam edəcək. Belə ki, 2026-cı ilin sonrakı aylarında pensiya hüququ qazanmalarından altı il tamam olan şəxslərin pensiyaları da topladıqları pensiya kapitalı əsasında yenidən hesablanacaq və artırılacaq. Digər istiqamətlər üzrə də sosial ödənişlərin artırılması ilə bağlı təkliflərimizi aidiyyəti qurumlara mütəmadi olaraq təqdim edirik".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 28804   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB-də yeni təyinat

İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar

8 sentyabr
.

Bu xanımlar direktor müavini təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Qaynarinfo xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoj

8 sentyabr
.

Xaricdə oturub Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar: Tənqid adı altında milli maraqlara zərbə

Bu gün informasiya müharibələri artıq dövlətlərarası qarşıdurmaların ayrılmaz hissəsinə çevrilib. Müasir dünyada bir ölkəyə qarşı təzyiq yalnız siyasi, iqtisadi və diplomatik vasitələrlə deyil, informasiya platformaları, sosial şəbəkələr və beynəlxalq media üzərindən formalaşdırılan ictimai rəy vasitəsil

8 sentyabr
.

Uğurlu qadının arxasında niyə həmişə "varlı kişi" axtarılır? - Cəmiyyətin psixoloji yanaşması - PSİXOLOQDAN AÇIQLAMA

Azərbaycanda uğurlu karyera quran, biznesdə tanınan və ya dövlət qurumlarında yüksək vəzifələrə yüksələn qadınlarla bağlı cəmiyyətdə bəzən peşəkarlıqdan çox onların şəxsi həyatı müzakirə olunur. Hətta belə qadınların əldə etdiyi mövqelərin arxasında mütləq imkanlı və ya nüfuzlu kişi olduğu, "sevgilis

8 sentyabr
.

Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar

Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır. xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

8 sentyabr
.

Nazir təhsil siyasətinin effektivliyi üçün görülən işlərdən danışdı

"Beynəlxalq qiymətləndirmələrdə iştirak təhsil sistemində inkişafın obyektiv və beynəlxalq səviyyədə qəbul edilmiş meyarlarla ölçülməsi deməkdir". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsi

8 sentyabr
.

Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyat

7 sentyabr
.

Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"

"50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən işini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir". -a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi -2026" çərçivəsində keçirilə

8 sentyabr
.

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

Xəzər dənizinin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir. APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsind

8 sentyabr