"AZCON Holdinq"ə yeni səlahiyyət verildi
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib.
"AZCON Holdinq" eyni zamanda bu Fərmanın 4.1-ci, 4.2-ci və 4.4-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktlarında, o cümlədən "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində təsisçinin səlahiyyətlərininə aid edilmiş digər məsələləri həll edəcək.
Bundan başqa, "Azərkosmos" əməyin ödənişi fondunun və işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) müəyyən edilməsini "AZCON Holdinq"lə razılaşdırmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 443 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevlə xanımını belə qarşıladılar - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü
21 noyabrMariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini
17 noyabrPrezidentlər Birgə Bəyanat qəbul etdilər - Fotolar
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər. "Qafqazinfo"
21 noyabrTəbiətin möcüzəsi - Kəlbəcər azaddır
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildird
21 noyabrPrezident və xanımının şərəfinə rəsmi nahar verilib
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər
21 noyabr