Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb.

Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hansı xidmət və məhsullara pul xərcləyirlər?

Turizm eksperti Əziz Şiriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda turistlərin xərclərinin əsas hissəsi tur paketlərinin payına düşür.

Onun sözlərinə görə, ölkəyə gələn qonaqlar təkcə istirahət proqramlarına deyil, həm də milli mətbəx və yerli məhsullara böyük maraq göstərirlər.

"Turistlər xüsusilə Azərbaycan şərablarını və milli yeməkləri dadmağa üstünlük verirlər. Bundan başqa, onlar "Made in Azerbaijan" brendi altında təqdim olunan suvenirlərə, eləcə də paytaxtda və regionlarda yerli sənətkarların hazırladığı əl işlərinə də xeyli vəsait xərcləyirlər".

Ekspertin fikrincə, milli mətbəx, şərabçılıq ənənələri və yerli sənətkarlıq nümunələri Azərbaycanın turizm məhsulunun əsas elementlərindən biridir və xarici turistlərin ölkədəki xərclərində mühüm yer tutur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 173   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəncirvari qəzada 5 nəfər yaralandı - Fotolar

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Shacman" markalı yük avtomobili "KİA" və "Toyota" markal

6 avqust
.

Sürücüsüz avtomobillərin hansı riskləri var? - AÇIQLAMA

Sürücüsüz avtomobillər son zamanlarda nəqliyyat texnologiyalarında ən çox müzakirə olunan yeniliklərdən birinə çevrilib. Süni intellekt, sensorlar və avtomatlaşdırılmış idarəetmə sistemləri ilə işləyən bu nəqliyyat vasitələrinin gələcəkdə yol hərəkətində geniş tətbiq ediləcəyi gözlənilir. Bununla yanaşı

5 avqust
.

"Fast-food" uşaqlar üçün hansı təhlükəni yaradır? - Ekspertdən AÇIQLAMA

"Fast food"(ayaqüstü) qidaların uşaqların sağlamlığına mənfi təsirləri olduqca ciddidir və bu məhsullar həm fiziki, həm də zehni inkişafı ləngidir. Yüksək yağ, şəkər və duz tərkibli bu qidalar uşaqların immun sistemini zəiflədir və xroniki xəstəliklərə zəmin yaradır. Bununla bağlı -a danışa

5 avqust
.

Yay tətilindən sonra məktəbə adaptasiya: Valideynlər və müəllimlər nələrə diqqət etməlidir? - ARAŞDIRMA

Uşaqların yay tətilindən sonra məktəbə adaptasiyası çətin olur. Bəzi mütəxəssislərin məktəbin başlamasına bir neçə həftə qalmış uşağın gündəlik həyat tərzinin tədricən dərs rejiminə uyğunlaşdırılması adaptasiya prosesini xeyli asanlaşdırdığını bildirir. Mövzu ilə bağlı Sonxeber.aza danışan sosioloq Nəzri

5 avqust
.

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

6 avqust
.

Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq

"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd

5 avqust
.

Azərbaycan-Ermənistan sülh müqaviləsinin region üçün əhəmiyyəti

Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin yekunlaşması Cənubi Qafqazın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən münaqişədən sonra tərəflər arasında sülhün təmin olunması regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə imkan yarada bilər. Sülh sazişinin əsa

5 avqust
.

Kartdan-karta köçürmələrə bu səbəbdən limit tətbiq olunub - AÇIQLAMA

Kartdan-karta pul köçürmələrinə limit tətbiq olunması maliyyə sektorunda geniş müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu dəyişiklik bir tərəfdən bank əməliyyatlarının təhlükəsizliyinin artırılması və maliyyə nəzarətinin gücləndirilməsi məqsədi daşısa da, digər tərəfdən gündəlik ödənişlərdən istifad

6 avqust
.

"Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır" - DEPUTAT

"Azərbaycan milli maraqlara söykənən, balanslaşdırılmış, praqmatik və müstəqil xarici siyasət həyata keçirir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu xarici siyasət kursunun əsas prioriteti ölkənin mill

6 avqust