Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?

Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür.

Bəs real durum necədir? Ayın ikinci yarısından etibarən qiymət artımı gözlənilirmi?

Oxu.Az mövcud vəziyyəti öyrənmək üçün paytaxtın müxtəlif qiymət seqmentlərini əhatə edən yüksək və orta səviyyəli şadlıq sarayları ilə əlaqə saxlayıb.

Bakı şəhərinin Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən restoranların birindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən illə müqayisədə sifarişlərdə ciddi azalma müşahidə olunur:

"Qiymətlərimiz minimum 80, maksimum 160 manatdır. Qiymətlərdə artım edilməyəcək, çünki bu, müştəri itkisinə səbəb ola bilər. Daha çox həftəsonları üçün rezervasiya edilir. Tələbat isə mövsümə görə dəyişir. Hazırda bizdə boş tarix tapmaq çətin deyil".

Həmin küçədəki digər şadlıq sarayından isə bildirilib ki, sifarişlərdə artım var:

"Sifarişlərin az və ya çox olması əsasən administratorların işindən asılıdır. Ümumən, ötən illə müqayisədə vəziyyət daha yaxşıdır, artım müşahidə edirik. Zallara uyğun müxtəlif paketlərimiz var. Minimum qiymət 70, maksimum isə 150 manatdır. Qiymətlərdə artım olmayacaq, çünki rəqabət çoxdur. Ən çox avqustun ikinci yarısı, sentyabr, oktyabr və noyabr aylarına tələbat olur. Hazırda həftəiçi boş günlərimiz var, həftəsonları isə demək olar ki, tam doludur".

Sözügedən küçədəki başqa bir restorandan sifarişlərin zəif olduğu bildirilib:

"Bizdə qiymətlər minimum 60, maksimum 100 manatdır. Ən çox sentyabr ayı üçün sifariş alırıq, digər aylarda müraciət azdır. Müştərilər əsasən şənbə gününə üstünlük verirlər. Hazırda boş yerlərimiz kifayət qədərdir".

Bakı şəhərinin Səməd Vurğun küçəsində yerləşən restorandan isə qeyd olunub ki, əvvəlki illərlə müqayisədə sifarişlər xeyli azalıb:

"Qiymətlərimiz minimum 100, maksimum 160 manatdır, dəyişiklik etməyi düşünmürük. Hazırda boş tarixlərimiz çoxdur".

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki şadlıq sarayından bildirilib ki, sifarişlərdə azalma hiss olunur:

"Toy paketlərimiz minimum 75, maksimum 130 manatdır. Ümumi iqtisadi vəziyyətdə ciddi dəyişiklik olmasa, qiymətlərimiz də dəyişməyəcək. Həftəsonlarına maraq daha çoxdur. Əsas tələbat payız aylarına olur. Hazırda boş yerlərimiz kifayət qədərdir".

Nizami rayonunun Bəkir Çobanzadə küçəsindəki orta seqment restorandan isə bildirilib ki, ötən illə müqayisədə sifarişlərin səviyyəsində ciddi dəyişiklik yoxdur:

"Sifarişlərimiz var, çox şükür. Qiymətlərimiz minimum 50, maksimum 65 manatdır. Qiymətlərin dəyişəcəyini düşünmürəm. Avqustun sonunadək və sentyabr ayının həftəsonları üçün sifarişlər daha çoxdur. Buna baxmayaraq, boş tarixlərimiz də qalır".

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S. Mehmandarov küçəsindəki restorandan isə böyük toylarla bağlı vəziyyətin zəif olduğu bildirilib:

"Nişan, kiçik toy və ad günü üçün sifarişlər alırıq, amma böyük toylarla bağlı müraciət yoxdur. Qiymətlərimiz 30-32 manat aralığındadır. Qiymətlərdə dəyişiklik gözləmirik. Hazırda boş yerlərimiz çoxdur".

Bakı şəhərinin Nəsimi rayonu, Əli Tağızadə küçəsindəki restorandan da sifarişlərin azaldığı qeyd olunub:

"Hazırda durğunluq müşahidə edirik. Həftədə cəmi bir-iki nəfər gəlib maraqlanır. Qiymətlərimiz minimum 50, maksimum 80 manatdır. Bu gedişatla qiymət artımı gözləmirik. İnsanların maddi vəziyyəti əvvəlki kimi deyil. Həftəsonlarına maraq çox olsa da, əvvəlki illərdə ara günlər üçün də kifayət qədər sifariş olurdu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 497   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr