Niyə bəzi qadınlar psixopat həyat yoldaşlarına tabe olurlar? - PSİXOLOQDAN AÇIQLAMA
Məişət zorakılığı və ailədaxili psixoloji təzyiqlə bağlı maarifləndirici kampaniyaların, sosial çarxların və hüquqi mexanizmlərin artmasına baxmayaraq, hələ də psixoloji və ya fiziki zorakılığa məruz qalan bəzi qadınlar münasibəti tərk etmir, əksinə, həyat yoldaşına tabe olmağa davam edir. Xüsusilə manipulyativ, aqressiv və psixopatik xüsusiyyətlər nümayiş etdirən şəxslərlə yaşayan qadınların belə münasibətlərdə qalması cəmiyyətdə tez-tez suallar doğurur. Bəs bu davranışın arxasında hansı psixoloji amillər dayanır?
Qorxu, emosional asılılıq, aşağı özünəinam, iqtisadi bağlılıq, yoxsa uzunmüddətli manipulyasiya? Bu davranışın səbəbləri nələrdir və belə münasibətlərdən çıxmağı çətinləşdirən əsas amillər hansılardır?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, əslində bu mövzuya bir tərəfli fikir bildirmək olmur. Onun sözlərinə görə, insanlar uşaqlıqdan gördüyü ailə modelini "normal" hesab edirlər: "Məsələn, qız uşağı anasının bütün qərarları atadan soruşduğunu görərək böyüyübsə, bunu ailə həyatının təbii qaydası kimi qəbul edə bilər. Həm də müqayisə etsək əvvəlki illərdə demək olar ki, bir çox ailələr "ata nə dedisə odur" devizi ilə yaşayıblar. Bu gün qadın və kişinin bərabər imkanlara malik olduqlarını, qadın hüquqlarının irəlilədiyini görə bilərik, amma müstəqil qərar vermək, məsuliyyət daşımaq bəzi insanlar üçün qərarı başqasının verməsi psixoloji baxımdan daha rahatdır.
Səbəb ola bilər özünəinamın zəif olması, yaxud insan öz fikrinə kifayət qədər güvənməyəndə, qarşı tərəf "məndən yaxşı bilir" deyə düşünərək birinə söykənməyə meylli olur. Emosional və ya psixoloji asılılıq səbəb ola bilər ki, hətta münasibət zərərli olsa belə, yoldaşını tərk etmək ona naməlum gələcəkdən daha qorxulu görünə bilər. Çarəsizlik səbəb ola bilər məsələn, əgər illərlə qadın fikrinin nəzərə alınmadığını və heç nəyi dəyişə bilmədiyini yaşayırsa, zamanla mübarizə aparmaqdan imtina edir. Digər səbəblərdən olan "qadın ərinin sözündən çıxmamalıdır" kimi köhnə stereotiplər hələ də davam etməsidir və buda təsir etməyə davam edə bilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI
Azərbaycanda kommunal xidmətlərin qiymətləri yenidən BAHALAŞA BİLƏR?
Bakıda məşhur ticarət mərkəzində FACİƏ
Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ
Məhəmməd Salah Super Liqa tarixinə düşdü - Osimheni geridə qoydu
Bu ilanlar əsasən sahilə yaxın ərazilərdə məskunlaşırlar - TƏHLÜKƏ
Kartdan-karta köçürmələrə bu səbəbdən limit tətbiq olunub - AÇIQLAMA
"Sabah" ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək
Səyyad Əlizadənin oğlu: "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - "Bacımı torpağın altına qoydu..."
Çin universitetləri tələbələrin yeni ünvanına çevrilir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Metroda təmir, avtobusda ödəniş: Yeni qərar sərnişinlərin narazılığına səbəb olub - İQTİSADÇIDAN AÇIQLAMA
Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq