"Din cəhalətinin, siyasi və sosial qaragüruhçuluğun, yanlış tarix şüurunun qarşısına qoyulacaq yalnız bir nəsnə var" - DEPUTAT

"Din cəhalətinin, siyasi və sosial qaragüruhçuluğun, yanlış tarix şüurunun qarşısına qoyulacaq yalnız bir nəsnə var" - DEPUTATBu gün anlaşılır ki, Azərbaycan Cümhuriyyətini hansı böyük düşüncə adamları, hansı ağrı və acılarla qurmuş. Bir tərəfdə kütləvi din cəhaləti, digər yanda oxumuşların tarix xurafatı, kütləvi savadsızlıq, rus, fars, osmanlı zehniyyətinin daşıyıcısı olan oxumuşlar, az sayda Avropanın elmi mədəniyyətini bağıran aydınlar, ortada qrammatikası yazılmış dil yox, sağlam bədii mətnlər çox az sayda, nümunə üçün bir elmi dərgi yox, bir ensiklopediya nümunəsi yox, üstəlik də ordu təcrübəsi keçmiş az sayda zabit heyəti 3-4 il içində ideoloji müzakirələrdən və mübahisələrdən keçərək "Azərbaycan" siyasi adının kəşf edən böyük kişilər, siz bu üstün zəkanı qısa bir müddətdə necə bir araya gətirmisiniz? Heyrətamiz deyilmi? Arxada hansısa ciddi dövlət təcrübəsi olmadan, iki kişinin -Mirzə Fətəlinin və Həsən bəy Zərdabinin 10-15 faizlik əqli potensialının məhsulları üzərində bu dövlət ideyası ərsəyə gəlmiş Müqayisə üçün yaxın qonşuluqda, bizdən də çox soydaşımızın yaşadığı məkanda, bizdən də çox kütlənin ayağa qalxdığı bir mühitdə konkret "Azərbaycan" adı deyil, mücərrəd "Azadistan" adının kəşfinə baxmaq yetərli olardı.

Yaşayacaq, varlığını yeniləşdirə biləcək adı tapmaq gerçəkdən üstün bir zəka hadisəsi idi. Məhəmməd Əmin bəyin millətimiz qarşısında ən böyük xidməti bizi qaranlıq keçmişdən qopara bilməsi oldu. Bəlkə də O, eyni nəhəng vizyonu Türkiyədə etmiş Atatürk qədər cümhuriyyəti yaşada bilsəydi, biz daha aydın bir millətə dönüşərdik. İndi qardaş Türkiyə seriallarla, filmlərlə, kitablarla, siyasi ritorika ilə Osmanlıya döndükcə necə realist baxışdan uzaqlaşırsa, xəstələnirsə, qaranlıq keçmişimizə aludə olmuş diplomlu Məhəmmədhəsən əmilərin səyləri də bizi eyni yanlışa sürükləməkdədir.

Elmə, düşüncəyə doğru bir addım yürüməyə tənbəllik etməkdən utanmayan əksər cəmiyyət üzvlərimiz indi idol hesab etdikləri qəbirlərə doğru kilometrlərlə yürüdüyü addımların sayı ilə qürrələnməkdədir.

Siz İslamın Kitabını qoyub, inandığınız ölü bütlərə doğru yürüyün, siz Cumhuriyyətin Kitabını qoyub qaranlıq keçmişimizin cəhalət idollarına olan sevginizi yaşayın, bizlər də Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin, Məhəmməd Əmin bəyin, Üzeyir bəyin varlığımız, müstəqilliyimiz, sağlam düşüncəmiz üçün zəruri olan zamanın şərtlrinə, ömrün vəfasına və Şeyx Nəsrullah tərəfdarlarının bolluğuna görə tamamlaya bilmədikləri Çağdaşlıq Kitabımızı sağlam düşüncə ilə zənginləşdirməyə çalışaq.

Son vaxtlarda müzakirə olunan mövzunun strateji istiqamətini cılızlaşdırıb kənarda başından böyük eyhamla danışanlar, təhqir edənlər, din, tarix mövzusunda öz gerizəkalılığı ilə qürrələnənlər, sizlərin sadə bir məntiqlə- Azərbaycan Respublikasının ali dövlət maraqları üzərindən topanızı bir yazı və ya bir çıxışla darmadağın etmək mənim üçün adi bir işdir. Bir il öncə çapdan çıxmış "Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə" adlı kitabımızın əslində bu missiyanın nümunələrindən biri olduğunu düşünürəm. Ancaq unutmayaq ki, aydınlanma geniş bir səbr və iradə tələb edən bir sürəcdir. Ona görə də bu yolda öz məsuliyyətini anlayan dostlarımıza tövsiyəm budur ki, doğruları anlatmağa daha böyük irədə ilə davam edin. Mətnlər, kitablar yazmağa davam edin.

Elə bu iradə ilə də yeni kitab üzərində işləyirəm. Unutmayın, din cəhalətinin, siyasi və sosial qaragüruhçuluğun, yanlış tarix şüurunun qarşısına qoyulacaq yalnız bir nəsnə var. Onun da adını Mirzə Cəlil hayqırmış! Dönsəniz XX əsrin reallığına, anlayarsıniz XXI əsrdə bizi gözləyən təhlükələri, bəlkə o adı haçansa tapmaq sizlərə də nəsib olacaqdır.

Fazil Mustafa
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 370   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

5 sentyabr
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

6 sentyabr
.

Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...

Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya

7 sentyabr
.

Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyat

7 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal

7 sentyabr
.

Azərbaycanda ovuc içi ilə ödəniş TƏTBİQ EDİLDİ

Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi is

6 sentyabr
.

3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA

"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu

6 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

7 sentyabr
.

Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı

6 sentyabr