Müasir dövrdə boşanmaların başlıca səbəbi nədir? - AÇIQLAMA

Müasir dövrdə boşanmaların başlıca səbəbi nədir? - AÇIQLAMAAzərbaycan xalqı üçün ailə dəyərləri müqəddəsdir. Ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, son dövrlər boşanmaların sayı durmadan artır. Yaxın tarixə nəzər salsaq, statistik göstəricilər heç də ürəkaçan deyil. Belə ki, Azərbaycanda 2025-ci il ərzində ümumi olaraq 20675 boşanma və 48546 nikah qeydə alınmışdır. 2026-cı ilin ilk beş ayında(yanvar-may)isə 15107 nikah, 8087 boşanma halı qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər statistikaya diqqət yetirdikdə ortaya çıxan mənzərə insana o qədər də xoş təəssürat bağışlamır. Bu isə təbii ki, hardasa həyəcan təbili çalmaq üçün əsas verir.

Ən üzücü məqam isə budur ki, ən çox boşanma 10-19 il evli olan cütlüklər arasında baş verib. Onu da qeyd edək ki, regionlar üzrə boşanma sayları da üstünlük təşkil etməkdədir. Əsas səbəblər arasında qarşılıqlı anlaşılmazlıq, ünsiyyət problemi, psixoloji və fiziki uyğunsuzluq, maddi çətinliklər, kənar şəxslərin ailəyə müdaxiləsi, zərərli vərdişlər və son dövürlər geniş yayılmış sosial şəbəkələrdən istifadədir. Bu siyahıya erkən nikahlar və travmatik həyat tərzini də əlavə etmək olar. Cəmiyyət hesab edir ki, Azərbaycanda boşanmaların başlıca səbəbi ailə modelinin dəyişməsidir.

Bununla bağlı Sonxeber.az-a danışan sosioloq Yusif Nəbiyev bildirib ki, ailə institutu kompleks bir institutdur və onun ayaqda qalması üçün lazım olan amillər də çoxsaylıdır:

"Ona görə də biz bunu konkret olaraq bir səbəbə bağlaya bilmərik. Hər şeydən öncə bildirməliyik ki, ailə sivil müqavilədir və o sivil müqavilə müəyyən dəyərlər üzərində qurulur.

"Pop-culture"un cəmiyyətə təsiri, müasir internet dövründəki geniş rolu insanlarda müsbət olmayan illuziya yaradır. Bu da ailə institutlarına öz mənfi təsirini göstərir. Nəzərə alsaq ki, artıq müasir dövrdə Qərb mədəniyyəti qloballaşma sahəsində hegemonlaşmaq və öz sözünü demək istiqamətində durmadan daha çox güc toplayır, həmin o mədəniyyətlərdəki ana ünsür olan fərdiyyətçilik, "mən" mərkəzçilik istər-istəməz cəmiyyətlərdəki ailə institutlarına da mənfi təsir göstərir. Burada bir də mədəni bir amil də var.

"Pop culture" kimi sosial şəbəkələrin geniş istifadəsi və durmadan insanların gözü önündə fərqli insanların öz həyatlarının ancaq müsbət yönlərini göstərməsi insanlarda mənfi və real olmayan bir illuziya yaradır. İnsanlar düşünür ki, instaqramda izlədikləri şəxslərin həyatları çox idealdır və hər şey çox gözəldir. Onlar inkişafyönümlü, proqressiv bir həyat yaşayırlar, özləri isə geridə qalırlar. Bu kimi müqayisə predmetləri artıq insanları öz ailəsi ilə müqayisə etməyə, mənfilərini daha ciddi şəkilə gözdən keçirməyə məcbur edir. İnsanlar artıq öz ailələrinin, həyat yoldaşlarının mənfi yönlərini daha tez görür və daha dərindən hiss edirlər. Bütün bunların fonunda artıq insan əlində olanın nöqsanlı tərəflərini, əlində olmayanın isə müsbət tərəflərini daha tez və sürətli şəkildə görür deyə bu da onu öz ailəsindən soyudan bir amilə çevrilir. Nəticədə boşanmaların artmasına bu da öz təsirini göstərir".

Sosioloq son olaraq onu da vurğulayıb ki, ümumiyyətlə son dövrlərdə nikaha dayanıqlı ailələr azdır.

Onun sözlərinə görə ailədaxili problemlər əvvəlki illərdə də çox olmasına baxmayaraq, son dövrlər insanların bir-birinə olan dözümsüzlüyü daha çox boşanmalarla nəticələnir:

"Təəssüf ki, müasir dövrdə təkcə Azərbaycanda yox, elə dünyanın hər bir yerində get- gedə ailə institutlarının həm qurulması çətinləşir, həm də qurulmuş ailələrin ayaqda qalması kifayət qədər çətin və enerji alan bir prosesə çevrilir".
Bu yerdə ingilis şairi və publisisti Con Miltonun ailə dəyərləri haqqında dediyi fikirlər yada düşür:
"Ailə həyatı bir şəhvət ticarəti deyil, can ortalığıdır. Belə olmasa, ailə də olmaz ".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 428   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr