"Azərbaycanın yürütdüyü çoxşaxəli xarici siyasət kursu Kiyevlə münasibətlərin inkişafına da əlverişli zəmin yaradır" - Bəhruz Quliyev
"Azərbaycan ilə Ukrayna arasında münasibətlər bu gün mürəkkəb beynəlxalq geosiyasi şəraitdə qarşılıqlı hörmətə, dövlətlərin ərazi bütövlüyünün tanınmasına və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanaraq inkişaf edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı təmasların intensivləşməsi göstərir ki, tərəflər siyasi dialoqu yeni mərhələyə keçirməkdə maraqlıdırlar. Xüsusilə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə rəsmi səfəri və Ukrayna xarici işlər naziri Andriy Sıbihanın bu səfərin strateji tərəfdaşlığı daha da gücləndirəcəyinə dair bəyanatı münasibətlərdə yeni dinamikanın formalaşdığını göstərir".
Bu fikirləri Sonxeber.az Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Azərbaycan Rusiya-Ukrayna münaqişəsində balanslaşdırılmış siyasət yürüdərək beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini ardıcıl şəkildə ifadə edir. Bununla yanaşı, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib və humanitar yardım layihələri ilə Ukraynaya dəstəyini davam etdirib.
İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Azərbaycanın enerji sahəsində qazandığı təcrübə, logistika imkanları və tranzit potensialı Ukraynanın müharibədən sonrakı bərpa prosesində mühüm əhəmiyyət daşıya bilər. Eyni zamanda, Ukraynanın sənaye, tikinti və yüksək texnologiyalar sahəsindəki təcrübəsi Azərbaycan üçün də faydalı əməkdaşlıq imkanları yaradır. Bu istiqamətdə investisiya və yenidənqurma layihələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılır.
"Hesab edirəm ki, Azərbaycan-Ukrayna münasibətləri təkcə ikitərəfli maraqlarla məhdudlaşmır. Bu əməkdaşlıq Qara dəniz-Xəzər hövzəsində nəqliyyat dəhlizlərinin inkişafına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına da töhfə verə bilər. Azərbaycanın yürütdüyü çoxşaxəli xarici siyasət kursu Kiyevlə münasibətlərin inkişafına da əlverişli zəmin yaradır.
Bugünkü reallıq göstərir ki, Bakı və Kiyev qarşılıqlı etimadı qorumaqla siyasi dialoqu, iqtisadi əlaqələri və humanitar əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər. Bu isə strateji tərəfdaşlığın gələcək illərdə daha praktik nəticələr verməsinə imkan yarada bilər." - deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 290 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ
Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı
6 sentyabrHəyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...
Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya
7 sentyabrRegionlarda həkim çatışmazlığının səbəbi nədir? - AÇIQLAMA
Regionlarda həkim çatışmazlığı səhiyyə xidmətlərinin əlçatanlığına və keyfiyyətinə təsir edən əsas problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün əməkhaqqının artırılması ilə yanaşı, həkimlər üçün əlavə stimullar və sosial təminatların gücləndirilməsi də mühüm amil hesab olunur. Hazırd
7 sentyabrElvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də yeni təyinat olub. xəbər verir ki, qurumun Büdcələşdirmə və hesabatlılıq üzrə rəhbər müavini vəzifəsinə Elvin Məmmədzadə təyin olunub. Qeyd edək ki, E.Məmmədzadə sözügedən təyinata qədər Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) inzibati işlər üzr
7 sentyabrBu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK
Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola
6 sentyabr3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA
"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu
6 sentyabrBəzi yerlərə leysan yağır, güclü külək əsir
Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin sentyabrın 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatında qeyd edilib. Düşə
7 sentyabrGəlin paltarı geyinən xanımı çimdikləyən satıcı ilə bağlı qərar verildi
Bakıda gəlinlik paltarı geyinən nişanlı xanıma çimdik atan satıcı ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" Ticarət Mərkəzində gəlinlik paltarlarının icarəsi və satışı ilə məşğul olan mağazada baş verib. Belə ki, həmin mağazad
7 sentyabr