Mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu RİSKLƏR var

Mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu RİSKLƏR varYeni mənzil alışı böyük maliyyə qərarı olduğundan, alıcıların tələsik seçim etməsi sonradan ciddi hüquqi və maliyyə problemlərinə səbəb ola bilər. Xüsusilə sənədlərin yoxlanılmaması, tikinti şirkətinin etibarlılığının araşdırılmaması, mənzilin real bazar dəyərinin düzgün qiymətləndirilməməsi və müqavilə şərtlərinə diqqət edilməməsi əsas risklər sırasında yer alır.

Bəs, yeni mənzil alarkən alıcılar ən çox hansı səhvlərə yol verirlər və daşınmaz əmlaka investisiya etməzdən əvvəl mümkün riskləri minimuma endirmək üçün hansı məqamlara diqqət yetirmək lazımdır?
Mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu RİSKLƏR varMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hər bir daşınmaz əmlakın özünəməxsus riskləri və investisiya riskləri var.

"Ən böyük risklərdən biri sənədsiz fərdi evlərin alqı-satqısıdır. Eyni zamanda, kommersiya və digər obyektlərin alışında da risklər mövcuddur. Belə obyektlərin ya ümumiyyətlə sənədi olmur, ya da sənədləri qaydasında olmur. İkinci riskli kateqoriyaya natamam tikililəri aid etmək olar. Belə obyektlərdə çıxarış olmur. Hətta tikintisi başa çatmış, lakin uzun müddətdir istismara qəbul aktı olmayan tikililər də daşınmaz əmlak bazarında riskli hesab olunur. Bu cür hallarda alqı-satqının müqavilə əsasında və ya şifahi razılaşma ilə həyata keçirilməsi müəyyən risklər yaradır".

Ekspert bildirib ki, ümumiyyətlə, qanunsuz daşınmaz əmlakın dövriyyəsinə Azərbaycanda qanunla yol verilmir:

"Bu baxımdan belə əmlaka investisiya yatırmaq da riskli hesab olunur. Son altı ayda gündəmdə olan məsələlərdən biri də su basan ərazilərdir. Bu ərazilərdə qanunsuz tikililər mövcuddur. Bəzi hallarda həmin obyektlərlə bağlı bələdiyyə sənədləri də təqdim olunur. Lakin qanunvericiliyə əsasən, bu cür sənədlərlə daşınmaz əmlakın dövriyyəsinə yol verilmir".

Onun sözlərinə görə, kənd təsərrüfatı və istehsalat sahələrində də özünəməxsus investisiya riskləri mövcuddur:

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsas məsələlərdən biri torpağın məhsuldarlığıdır. Burada torpağın məhsuldarlığının ölçülməsi və laboratoriya analizlərinin aparılması, eroziya vəziyyəti, su təminatı və digər amillər nəzərə alınmalıdır. Ona görə də kənd təsərrüfatı təyinatlı hər hansı torpağa investisiya qoyuluşu zamanı bütün bu amillər əvvəlcədən qiymətləndirilməli və həmin əmlakın özünəməxsus riskləri nəzərə alınmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 370   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr