"Spirtli içkilərin müntəzəm qəbulu ailə münaqişələrinə və boşanmaya səbəb olur" - SOSİOLOQ
Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olmuşdur. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir. Spirtli içkilərdən məsuliyyətsiz və təhlükəli səviyyədə istifadə nəticəsində baş verən xəstəliklər qlobal miqyasda bütün xəstəliklərin ümumi yükünün 4.5%-ni təşkil edir.
Mövzu ilə Sonxeber.az-a danışan sosioloq Nəzrin Əhmədzadə bildirib ki, spirtli içkilər həm psixoloji vəziyyətə, həm də fiziki sağlamlığa mənfi təsir göstərə bilər. Xüsusilə yeniyetməlik dövründə beyin və orqanizm hələ inkişaf etdiyi üçün alkoqol daha ciddi risklər yaradır:
"Spirtli içkilərin insan psixologiyaya təsiri böyükdür. Müntəzəm olaraq spirtli içki qəbul edən insanlar tez-tez əhval-ruhiyyəni dəyişirlər. Yəni qısa müddətdə rahatlıq və ya sərbəstlik hissi yaratsa da, sonradan kədər, əsəbilik və narahatlığı artıra bilər. Yaddaşı və diqqəti zəifləyir, qərarvermə, özünənəzarət qabiliyyəti azalır. Uzunmüddətli və müntəzəm istifadə asılılıq riskini artırır.
Ailə, dostluq və məktəb münasibətlərində problemlərə səbəb ola bilər.
Spirtli içkilərin sağlamlığa da təsiri olduqca böyükdür Müntəzəm və ya çox miqdarda alkoqol istifadəsi
qaraciyərin zədələnməsinə, ürək-damar sistemində problemlərə, immun sisteminin zəifləməsinə, yuxu və həzm problemlərinə, bəzi xərçəng növlərinin riskinin artmasına səbəb ola bilər".
Sosioloq vurğulayıb, spirtli içkilər yeniyetmələr üçün xüsusilə təhlükəlidir. Yeniyetməlikdə beyin inkişafını davam etdirir. Alkoqol öyrənmə, yaddaş, diqqət və davranışa mənfi təsir göstərə bilər:
"Buna görə yeniyetmələrin spirtli içkilərdən uzaq durması xüsusilə vacibdir. Ümumiyyətlə alkoqol problemləri həll edən vasitə deyil. Əksinə, həm psixoloji vəziyyətə, həm də sağlamlığa uzunmüddətli zərər verə bilər.
Spirtli içkilərin müntəzəm qəbulu ailə münaqişələri və boşanma riskinin artması, yol-nəqliyyat hadisələri və istehsalat qəzalarının çoxalmasına, iş və təhsil göstəricilərinin aşağı düşməsinə, hüquq pozuntuları və zorakılıq hallarının artmasına səbəb olur. Çünki spirtli içkilərin müntəzəm qəbulu beyin fəaliyyətini və qərarvermə qabiliyyətini pozaraq aqressiv davranışlara, məişət zorakılığına və ailə daxilində dağıdıcı konfliktlərə yol açır. Sosioloji və elmi tədqiqatlar alkoqolizmin nikah münasibətlərini zədələdiyini və boşanma riskini kəskin artırdığını təsdiqləyir.Spirtli içki insanın normal düşünmə və problem həll etmə bacarığını itirməsinə səbəb olur.Alkoqol qəbulu ev içində şiddət və aqressiv hərəkətlərin yaranma ehtimalını gücləndirir.Ailə üzvləri qarşısında gündəlik və maliyyə öhdəlikləri yerinə yetirilmir.
Ən önəmlisi isə Müntəzəm içki qəbulu qarşılıqlı hörmət və etimad mühitini məhv edir.Aparılan sosioloji sorğular və rəsmi hesabatlar alkoqolizm problemini boşanma qərarını legitimləşdirən və sürətləndirən ən ağır amillərdən biri kimi göstərir.Asılılıq səbəbindən yaranan böhranlar ailənin tamlığının qorunmasını qeyri-mümkün edirOna görə də spirtli içkilərdən uzaq durmaq və ya istifadəsini minimuma endirmək sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Alkoqoldan asılılıq yaranıbsa, vaxtında psixoloq və ya həkim-narkoloqa müraciət etmək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Tacir Şahmalıoğlu əməliyyat olundu