Yaxın dövrdə paytaxt Bakıdan Xankəndinə köçürülə bilər? - AÇIQLAMA

Yaxın dövrdə paytaxt Bakıdan Xankəndinə köçürülə bilər? - AÇIQLAMABu gün müxtəlif rəsmi şəxslər tərəfindən paytaxtın köçürülməsilə bağlı təkliflər səsləndirilməkdədir. Təkliflər arasında paytaxtın Xankəndinə və digər işğaldan azad edilmiş şəhərlərə köçürülməsi təklif edilir.

Məsələ ilə bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, paytaxtın köçürülməsi bahalı və uzunmüddətli bir prosesdir:

"Son illərdə Azərbaycanın paytaxtının Bakıdan Xankəndiyə və ya başqa şəhərə köçürülməsi ilə bağlı müxtəlif fikirlər səslənib. Lakin hazırda paytaxtın Bakıdan Xankəndiyə köçürülməsi barədə qəbul edilmiş rəsmi qərar yoxdur.

Paytaxtın köçürülməsi ideyasının əsas səbəbləri Bakının həddindən artıq yüklənməsidir. Əhali, nəqliyyat və iqtisadi fəaliyyətin böyük hissəsinin Bakıda cəmlənməsi şəhər infrastrukturuna ciddi təzyiq yaradır.
Digər səbəb isə regionların inkişafı ilə bağlıdır. Paytaxtın başqa şəhərə köçürülməsi həmin ərazidə yeni iş yerlərinin, dövlət qurumlarının, xidmət sektorunun və infrastrukturun inkişafına təkan verə bilər. Xüsusilə də Qarabağın dirçəldilməsində. Xankəndi və digər Qarabağ şəhərlərinin inkişaf etdirilməsi Böyük Qayıdış və regionun iqtisadi potensialının artırılması baxımından əhəmiyyətlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatlarında Xankəndi Qarabağ iqtisadi rayonunun şəhərləri sırasında göstərilir. Yeni paytaxtın sıfırdan və müasir şəhərsalma prinsipləri əsasında qurulması mümkündür".

Deputat vurğulayıb ki, paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib:

"Bəzi həmkarlarım hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir. Müzakirələrdə müxtəlif vaxtlarda Xankəndi, Ağdam, Gəncə və hətta yeni şəhərin salınması kimi variantlar səsləndirilib. Xankəndinin adı xüsusilə Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasından sonra gündəmə gəlib. Bununla belə, bəzi ekspert və deputatlar Xankəndinin paytaxt üçün coğrafi, nəqliyyat və digər baxımdan uyğunluğunu mübahisəli hesab edirlər. Paytaxtın birdən-birə köçürülməsindən daha real variant dövlət və iqtisadi funksiyaların mərhələli şəkildə regionlara yayılması ola bilər. Məsələn, müəyyən dövlət qurumlarının, şirkətlərin və yeni iqtisadi fəaliyyət sahələrinin Bakıdan kənarda yerləşdirilməsi həm Bakının yükünü azalda, həm də regionların inkişafını sürətləndirə bilər. Hazırda Bakı hazırda Azərbaycanın paytaxtıdır. Paytaxtın Xankəndiyə və ya başqa şəhərə köçürülməsi məsələsi gündəmdə deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4623   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr