Uşaqlarda aqressiyanın səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI
6 yaşa qədər olan uşaqlar emosiyalarını tam ifadə etməyi öyrənmədikləri üçün bəzən qışqırmaq, vurmaq, əşyaları atmaq və ya özlərinə zərər vermək kimi aqressiv davranışlar göstərə bilərlər. Uşağın bu cür davranışları çox vaxt narahatlıq, anlaşılmamaq və ya istəklərini ifadə edə bilməməkdən qaynaqlanır. Valideynlərin bu vəziyyətlərdə göstərdikləri reaksiyalar uşağın həm davranışlarının formalaşmasında, həm də emosional tənzimlənməsində böyük rol oynayır. Uşaqların aqressiv davranışlarının səbəbləri nələrdir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Zülfiyyə Abbasova bildirib ki, uşaqlarda aqressiv davranış əsasən valideynlərin bir-birinə qarşı münasibəti ilə bağlı olur:
"Bəzən uşaqlar qəzəb, narazılıq və ya məyusluğunu başqalarına qarşı kobud sözlər, qışqırmaq, vurmaq, əşyaları sındırmaq və ya digər aqressiv hərəkətlərlə özlərini ifadə edirlər. Müəyyən yaşlarda qəzəbli davranışlar normal inkişafın bir hissəsi ola bilər, lakin tez-tez təkrarlanırsa və uşağın münasibətlərinə, təhsilinə və gündəlik həyatına mane olursa, səbəbləri araşdırılmalıdır.
Uşaqların aqressiv davranışlarının əsas səbəbləri aşağıdakılardır:
Ailədə tez-tez münaqişə və gərginlik
Valideynlərin uşağa həddindən artıq sərt və ya ziddiyyətli münasibəti
Məktəbdə problemlər, həmyaşıdlarla konflikt və ya kiberzorakılıq
Diqqət və qayğıya ehtiyac
Yorğunluq, yuxu çatışmazlığı və stress
İstədiyi şeyə nail ola bilmədikdə yaranan məyusluq
Aqressiv davranışların ətrafdan öyrənilməsi
Sosial şəbəkələrdə və mediada yaşa uyğun olmayan zorakı məzmunla qarşılaşma".
Psixoloq vurğulayıb ki, uşaqlarda aqressiv davranışlar diqqət çəkmək ehtiyacı, daxili gərginlik, qorxu, sərhəd qoyulması və ya fiziki yorğunluq səbəbindən yaranır:
"Valideynlər bu zaman sakit qalmalı, uşağın duyğularını anladığını göstərməli və sərt cəzalardan qaçaraq doğru davranışı öyrətməlidirlər.Aqressiyanın SəbəbləriDiqqət çatışmazlığı və ailədə yanlış münasibətYaş dövrləri (məsələn, 2-3 yaş böhranı)Haqsızlıq hissi və ya özünü qoruma istəyiƏtrafdakı şiddət və ya gərgin mühit
Bu zaman valideynlərin üzərinə böyük yük düşür. Uşaq aqressivləşəndə sakit qalmaq və qışqırıqla cavab verməmək lazımdır. Davranışın özünü deyil, uşağın hissini anlamağa çalışmaq, yeni "Sənin əsəbiləşdiyini başa düşürəm, amma vurmaq olmaz" kimi fikirlərlə uşağı düzgün istiqamətləndirmək lazımdır. Bundan əlavə aydın və ardıcıl qaydalar müəyyənləşdirmək, uşağa hisslərini sözlə ifadə etməyi öyrətmək, müsbət davranışlarını vaxtında tərifləmək.
Kifayət qədər yuxu, fiziki fəaliyyət və istirahət üçün şərait yaratmaq lazımdır. Davranış uzun müddət davam edirsə, çox güclüdürsə və ya məktəb və ailə həyatına ciddi təsir edirsə, uşaq psixoloqu və ya pediatrla məsləhətləşmək mütləqdir. Əsas məsələ isəaqressiv uşağı "pis uşaq" kimi etiketləmək düzgün deyil. Aqressiya çox vaxt uşağın idarə edə bilmədiyi hissləri ifadə etmə üsulu olur. Məqsəd uşağı cəzalandırmaqdan çox, ona emosiyalarını təhlükəsiz və düzgün şəkildə idarə etməyi öyrətməkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ
Yuxuda ilan görmək əslində nə deməkdir? - 10 fərqli yozum
Azərbaycanda bu şəxslərə hər heyvana görə 4 manat veriləcək
Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI
Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi