Yeni Şuraya əlavə hüquqlar verildi

Yeni Şuraya əlavə hüquqlar verildiMedianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yaradılan Media və Yayım Şurası Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilib.

Yeni hüquqlar aşağıdakılardır:

- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;

- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;

- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;

- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;

- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;

- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;

- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;

- media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;

- informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;

- mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;

- media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;

- Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

- Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;

Yeni quruma əlavə olaraq aşağıdakı vəzifələr şamil olunacaq:

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;

- "Reklam haqqında" qanuna uyğun olaraq sosial reklamlar sifariş vermək;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

- istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

- səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;

- strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.

Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 236   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

5 sentyabr
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

6 sentyabr
.

Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...

Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya

7 sentyabr
.

Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyat

7 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal

7 sentyabr
.

Azərbaycanda ovuc içi ilə ödəniş TƏTBİQ EDİLDİ

Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi is

6 sentyabr
.

3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA

"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub". Bunu -ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onu

6 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

7 sentyabr
.

Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı

6 sentyabr