Azərbaycandan Rusiyaya pul köçürmələri DAYANDIRILDI - SƏBƏB
Son günlər Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırılması ilə bağlı məlumatlar vətəndaşlar arasında narahatlıq yaradıb. Belə məhdudiyyətlər xüsusilə iki ölkə arasında müntəzəm pul köçürmələrindən istifadə edən şəxslərin maliyyə əməliyyatlarına, eləcə də transsərhəd pul axınlarına təsir göstərə bilər.
Bəs, bu vəziyyət vətəndaşların pul göndərmə imkanlarına və Azərbaycan-Rusiya arasında maliyyə axınlarına necə təsir edə bilər və prosesin ölkə iqtisadiyyatı üçün mümkün nəticələri nələrdir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, hazırkı məhdudiyyət ümumi xarakter daşıyır və əlbəttə ki, Rusiyadan Azərbaycana pul köçürmələrinə ciddi təsir göstərəcək:
"Xüsusilə Rusiyadan Azərbaycana ödənişlərin çətinləşməsi əlavə xərclərin yaranmasına səbəb ola bilər ki, bu da Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsir göstərəcək amillərdən biridir. Bu, xüsusi və böyük qlobal çətinlik yaratmasa da, müəyyən mənfi fəsadları olacaq. Azərbaycandan Rusiyaya və ya Rusiyadan Azərbaycana təhsil, səhiyyə və digər zəruri ödənişlərlə bağlı ani pul köçürmələrində müəyyən məhdudiyyətlərin yaranması daha real görünür. Qısamüddətli dövr üçün bunun ciddi risk yaradacağını düşünmürəm. Lakin problem uzun müddət davam edərsə, ciddi fəsadlara səbəb ola bilər. Çünki Rusiyada yaşayan azərbaycanlıların sayı kifayət qədər çoxdur və Azərbaycana xaricdən daxil olan pul vəsaitlərinin əhəmiyyətli hissəsi Rusiyadan gəlir".
Ekspert bildirib ki, Mərkəzi Bank tərəfindən də açıqlanıb ki, bu, bankların həll etməli olduğu məsələdir:
"Yəni "Zolotaya Korona" sisteminin məhdudlaşdırılması və sanksiya təhlükəsinin mövcudluğu fonunda banklar alternativ həll yolları tapmalıdırlar. Banklar "Zolotaya Korona"ya alternativ ödəniş kanalları müəyyən etməli və həmin vasitələrlə müvafiq pul köçürmələrinin həyata keçirilməsini təmin etməlidirlər. Burada əsas məsələ bankların nə qədər operativ şəkildə alternativ yollar tapa bilməsidir. Banklar bu problemi nə qədər tez həll etsələr, pul köçürmələri üzrə mövcud dövriyyəni də bir o qədər yaxşı qoruyub saxlaya bilərlər. Əks halda, banklar operativ qərarlar qəbul edə bilməsələr, nəticə mənfi olacaq. Əgər bu problem uzun müddət davam edərsə, təbii ki, Azərbaycan iqtisadiyyatına daha geniş miqyasda mənfi təsir göstərə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 681 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabr