Azərbaycana turist axını bu səbəbdən AZALIB - AÇIQLAMA
Azərbaycanda turizmin təşviqi üçün dövlət tərəfindən əhəmiyyətli vəsaitlərin ayrılmasına baxmayaraq, turist sayında azalma müşahidə olunması sektorun inkişafı ilə bağlı sualları yenidən gündəmə gətirib. Bu vəziyyət yalnız tanıtım xərcləri ilə deyil, ölkədə turizm məhsullarının qiyməti, xidmət keyfiyyəti, nəqliyyat əlçatanlığı və rəqabət qabiliyyəti kimi amillərlə də əlaqələndirilir.
Bəs, ayrılan vəsaitlər turist axınının artırılmasına niyə kifayət qədər təsir göstərmir və Azərbaycana daha çox turist cəlb etmək üçün hansı sistemli addımlar atılmalıdır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, turist sayındakı azalmaları yalnız Dövlət Turizm Agentliyinin həyata keçirdiyi təşviq kampaniyaları ilə əlaqələndirmək düzgün yanaşma olmaz.
"Hazırda dünya turizminə ən ciddi təsir göstərən amillərdən biri mürəkkəb geosiyasi vəziyyətdir. Yaxın Şərqdə, xüsusilə Körfəz regionunda baş verən münaqişələr və artan təhlükəsizlik riskləri insanların xarici səfərlərlə bağlı qərarlarına birbaşa təsir edir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın əsas turizm bazarlarından biri olan Rusiyadan gələn turist axınına da müəyyən təsirlər göstərir".
Ekspert bildirib ki, bu müharibələr təkcə təhlükəsizlik baxımından deyil, həm də qlobal iqtisadiyyata mənfi təsir edərək bir çox ölkələrdə əhalinin alıcılıq qabiliyyətini zəiflədir:
"Nəticədə insanlar səyahət xərclərini azaltmağa üstünlük verir və beynəlxalq turizmə tələbat azalır. Belə bir şəraitdə dünyanın bir çox turizm ölkələri də oxşar çətinliklərlə üzləşirlər. Buna baxmayaraq, Dövlət Turizm Agentliyinin beynəlxalq bazarlarda həyata keçirdiyi reklam və təşviq kampaniyalarını uzunmüddətli investisiya kimi qiymətləndirmək lazımdır".
Onun sözlərinə görə, bu layihələr Azərbaycanın turizm brendinin xarici auditoriyanın yaddaşında formalaşmasına xidmət edir və onların təsiri dərhal deyil, zamanla özünü göstərir.
"Hesab edirəm ki, geosiyasi gərginlik azaldıqdan və beynəlxalq turizm bazarında sabitlik bərpa olunduqdan sonra bu gün həyata keçirilən təşviq layihələrinin nəticələri daha aydın görünəcək və Azərbaycanın turist cəlbetmə imkanları əhəmiyyətli dərəcədə artacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakıda yağış, bölgələrdə leysan yağacaq
Türk bayrağına tüpürən ingilis turist həbs edildi
Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO
Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı