Dünyada şəkər qıtlığı təhlükəsi artır: Ən böyük təsir Avropada hiss olunacaq
Əkin sahələrinin azalması və anomal isti hava şəraiti səbəbindən Avropada şəkər istehsalının son on ildən artıq müddətdə ən aşağı səviyyəyə enəcəyi proqnozlaşdırılır. Bu isə qlobal şəkər qıtlığı ilə bağlı narahatlıqları artırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"S&P Global Commodity Insights" analitiklərinin hesablamalarına görə, Avropa İttifaqı və Böyük Britaniyada şəkər istehsalı təxminən 15 milyon ton təşkil edəcək. Bu, 2015-ci il mövsümündən bəri qeydə alınacaq ən aşağı göstəricidir.
Məlumata görə, bu yay müşahidə olunan güclü istilər şəkər çuğundurunun məhsuldarlığını ciddi şəkildə azaldıb. Bundan əvvəl isə fermerlər rekord məhsulun qiymətləri aşağı salması səbəbindən iki il ardıcıl olaraq əkin sahələrini ixtisar etmişdilər.
Mütəxəssislər bildirirlər ki, bu proqnozlar qlobal şəkər çatışmazlığı ehtimalını daha da artırır. Belə ki, El Nino hava fenomeni Hindistan və Tailand da daxil olmaqla Asiyanın əsas şəkər qamışı istehsalçısı olan ölkələrində məhsuldarlığa mənfi təsir göstərir.
Artıq bu narahatlıqlar fonunda London və Nyu-York birjalarında şəkər fyuçerslərinin qiyməti bu ay təxminən 5 faiz artıb.
Analitiklərin fikrincə, aşağı məhsuldarlıq gələn ilin birinci və ikinci rüblərində bazarda şəkər çatışmazlığı yaradacaq və bu amil artıq qiymətlərdə öz əksini tapmağa başlayıb. Onlar yaxın dövrdə tələb və təklif balansının dəyişməsi fonunda qiymət artımının davam edəcəyini gözləyirlər.
Bununla yanaşı, vəziyyət son iki ildə yüksək məhsul və aşağı qiymətlər səbəbindən gəlirləri azalan Avropa şəkər emalçıları üçün müəyyən üstünlüklər yarada bilər.
Mütəxəssislər hesab edirlər ki, Avropa İttifaqı yaxın gələcəkdə şəkər üzrə xalis idxalçıya çevrilə bilər. Regionda şəkərin qiyməti iyun ayından bəri artıq 9 faiz artıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 637 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb
Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin "Beşiktaş"Hapoel Beer-Şeva" matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanı
27 noyabrİran italyanların ölümündə günahı Ukraynaya atdı
İran Ukraynanı Küveytə pilotsuz uçuş aparatları ilə hücum təşkil etməkdə ittiham ediblər. Hücum nəticəsində "Rheinmetall Italia" şirkətinin iki italiyalı mütəxəssisi həlak olub, daha ikisi isə yaralanıb. xəbər verir ki, bu barədə "The New York Post" İranın nüvə proqramı üzrə danışıqla
29 noyabrUKMTO: Silahlı qruplaşma Yəmən sahillərində yük gəmisini ələ keçirib
Yəmənin cənub sahilləri yaxınlığında, Ədən körfəzindən keçən gəmi bir qrup naməlum şəxs tərəfindən ələ keçirilib. "Report" xəbər verir ki, bu barədə noyabrın 28-i Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib. Kapitanın sözlərinə görə, silahlı şəxslər Qrinviç vaxt
29 noyabrABŞ ordusu RAF bazasındakı dronları dəf etdi, FT xəbər verir
"Financial Times" qəzetinin şənbə günü məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ ordusu bu ayın əvvəlində Britaniyanın RAF Lakenheath hərbi bazasına hücum edən təxminən altı dronu dəf edib. Reuters-ə istinadən xəbər verir ki, hesabatda deyilir ki, hadisə zamanı ABŞ-ı
28 noyabrİordaniyada fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib
İordaniyada Bəlqa vilayətinin Əl-Kəramə rayonundakı fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib və nəfəs almaqda çətinlik çəkib. "Report" xəbər verir ki, bu barədə "Petra" agentliyi ölkənin İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb. Xilasedicilər zərərçəkənlər
29 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub
Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav
28 noyabrVanqanın 2027-ci il proqnozları üzə çıxdı -3 qorxulu iddia
1996-cı ildə vəfat edən bolqar görücü Vanqanın 2027-ci il üçün proqnozlrda Vladimir Putinin hakimiyyətdən gedəcəyi, qızılın bahalaşacağı və dünyada naməlum xəstəliyin yayılacağı iddia olunur. "Yeni Sabah" International Business Times-a istinadla xəbər verir ki, Rusiya Prezidentinə dair hə
27 noyabr