İran italyanların ölümündə günahı Ukraynaya atdı
İran Ukraynanı Küveytə pilotsuz uçuş aparatları ilə hücum təşkil etməkdə ittiham ediblər. Hücum nəticəsində "Rheinmetall Italia" şirkətinin iki italiyalı mütəxəssisi həlak olub, daha ikisi isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" İranın nüvə proqramı üzrə danışıqlar qrupunun keçmiş müşaviri Məhəmməd Mərəndiyə istinadən yazıb.
O bildirib ki, zərbə ABŞ Prezidenti Donald Trampa Kiyevin imkanlarını nümayiş etdirmək məqsədi daşıyan, başqa tərəfin adından həyata keçirilmiş əməliyyat ola bilər.
Onun sözlərinə görə, Ukrayna qüvvələri Yaxın Şərqin müxtəlif ölkələrində, o cümlədən İraqın şimalında və Suriyada fəaliyyət göstərirlər. Qeyd olunub ki, analoji bəyanatları İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan "Fars" agentliyi də yayıb.
Küveyt və İtaliya hökumət orqanları hücuma görə məsuliyyəti İranın üzərinə qoyublar. Lakin Tehran hadisəyə aidiyyəti olduğunu inkar edir. İranın Romadakı səfirliyi də Fars körfəzində münaqişəni genişləndirməyə və Avropa ölkələrini ona cəlb etməyə yönəlmiş mümkün təxribatlar barədə bəyanat yayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 74 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNYP: Baydenin memuarlarının satışı uğursuz olub
ABŞ-nin keçmiş prezidenti Co Baydenin "Mənə söz ver, Amerika" ("Promise Me, America") xatirələrinin satışı müəllifin 10 milyon dollarlıq avansına baxmayaraq, uğursuz olub. "Report" "New York Post"a (NYP) istinadən xəbər verir ki, kitabı ilk həftə ərzində cəmi 2
29 noyabrSloveniyada soyuducu qurğular haker hücumuna məruz qalıb
Hakerlər Sloveniyanın Tolmin şəhərində ət emalı zavodunun soyuducu avadanlıqlarına hücum edərək donduruculardan birində temperaturu 100 dərəcə Selsi səviyyəsində ediblər. "Report"un yerli "24ur" portalına istinadən məlumatına görə, işçilər dəyişiklikləri dərhal aşkarlayıblar və təxminə
29 noyabrVaşinqton hava limanında iki sərnişin təyyarəsi toqquşub
ABŞ-ın paytaxtı Vaşinqtondakı Ronald Reyqan adına Milli Hava Limanında "American Airlines" aviaşirkətinə məxsus iki "Boeing 737" təyyarəsi qanadları ilə bir-birinə toxunub. xəbər verir ki, hadisə noyabrın 27-də axşam saatlarında təyyarələr uçuşa hazırlaşarkən baş verib. CNN-in məlumatın
28 noyabrPişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi
Rumıniyada baş verən zəlzələ zamanı evdəki pişiklərin davranışı marağa səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə heyvanların yeraltı təkanlar başlamazdan saniyələr əvvəl hərəkətlənməsi, ardınca evdə yatan insanların da oyanması əks olunub. xəbər verir ki, bu barədə "Haber Global"
27 noyabrİordaniyada fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib
İordaniyada Bəlqa vilayətinin Əl-Kəramə rayonundakı fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib və nəfəs almaqda çətinlik çəkib. "Report" xəbər verir ki, bu barədə "Petra" agentliyi ölkənin İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb. Xilasedicilər zərərçəkənlər
29 noyabr