Dünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb
Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin "Beşiktaş"-"Hapoel Beer-Şeva" matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Azarkeşlərin zorakı hərəkətləri nəticəsində üç nəfər polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hüquq-mühafizə orqanları qanunsuz hərəkətlər edən 16 nəfəri saxlayıb", - bəyanatda deyilir.
DİN "Beşiktaş" azarkeşlərinin bir hissəsinin hələ stadiona gedən yolda təxribatçı davrandığını, polisə müqavimət göstərdiyini bəyan edib. Məlumata görə, bu cür hərəkətlər stadion ərazisində də davam etdirilib. Azarkeşlər stadionun infrastrukturuna ziyan vurub, polislərə oturacaqlar atmağa başlayıblar. Polis asayişi təmin etmək üçün xüsusi vasitələrdən istifadə etməklə müxtəlif tədbirlər görüb.
DİN "Beşiktaş" azarkeşlərinin Fələstinə dəstək bayraqları və bannerləri açdığına görə polisin güc tətbiq etdiyi barədə məlumatı təkzib edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının 5-ci turunda keçirilən "Beşiktaş"-"Hapoel Beer-Şeva" matçı tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən müvəqqəti dayandırılıb. Yalnız hadisə nəzarət altına alındıqdan sonra matç bərpa olunub və "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 194 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-da təyyarə qəzaya uğradı - 6 nəfər öldü
ABŞ-ın Missisipi ştatının sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, dalğıclar Missisipi ştatındakı Horn adasından təxminən 3,2 kilometr aralıda batmış təyyarənin göyərtəsində olan 6 nəfərin meyitini aşkar ediblər. Qurum təyyarədə olan şəxslərin kimliyini açıqlamayıb. Hadis
25 noyabrNyu-Yorkda güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
ABŞ-ın Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan olunub. xəbər verir ki, ştatın qubernatoru Keti Hokul Nyu-Yorkla yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb. O, yaxınlaşa
26 noyabrTürkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir
Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni
27 noyabrMacarıstanda 2 min ildən çox yaşı olan 200 kelt gümüş sikkəsi tapılıb
Macarıstanda arxeoloqlar 2 min ildən artıq yaşı olan, 200-dən çox kelt gümüş sikkəsindən ibarət xəzinə aşkar ediblər. Tapıntı son onilliklərdə ölkədə üzə çıxarılan ən böyük kolleksiyalardan biri hesab olunur. xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb. Sikkələr 2023-2025-c
25 noyabr