Turistlərin ziyarət etdiyi "qədim" Roma teatrı saxta imiş

Turistlərin ziyarət etdiyi "qədim" Roma teatrı saxta imişİtaliyada turistlərə eramızın 393-cü ilə aid qədim Roma abidəsi kimi təqdim edilən teatrın əslində müasir dövrdə inşa edilmiş saxta tikili olduğu müəyyən edilib. Məhkəmə bu obyektin yaradıcısı Franko Malossonu sənət əsərlərinin saxtalaşdırılması və qanunsuz tikinti işləri aparmaqda təqsirli bilib.

Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin məlumatına görə, Franko Malosso - tam adı ilə "Franko Alessandro Molosso Maltarel fon Rozenfrans" - daş pilləkənlər, sütunlar və yunan üslublu heykəllərlə bəzədilmiş saxta Roma teatrı tikərək onu qədim tarixi abidə kimi turistlərə təqdim edib.

Birinci instansiya məhkəməsi, apellyasiya və sonrakı hüquqi proseslərdən sonra da onun barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb. Malosso iki il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Teatr isə 2016-cı ildən məhkəmə qadağası altında olsa da, hələ də sökülməyib.

Saxta tarix turistlərə həqiqət kimi təqdim olunub

Malosso iddia edirdi ki, "Beriko amfiteatrı" adlandırdığı bu məkanı 2005-ci ildə İtaliyanın Viçensa vilayətində yerləşən Arkunyano şəhəri yaxınlığında torpaq sürüşməsindən sonra aşkar edib.

Bir neçə il fəaliyyət göstərən turizm obyektində ziyarətçilərə guya neolit, Roma və yunan dövrlərinə aid artefaktlar nümayiş etdirilib. Teatra giriş bileti isə 40 avroya satılırdı.

2016-cı ildə İtaliya hakimiyyəti bu obyektin saxta olduğunu açıqlayıb və Viçensa prokurorluğu araşdırmaya başlayıb.

İstintaq zamanı məlum olub ki, Malosso turistlərə teatrın eramızın 393-cü ildə tikildiyini, Yuli Sezarın Kleopatra ilə birlikdə oranı ziyarət etdiyini söyləyirmiş. Tarixçilərin qeyd etdiyi kimi, bu iddia mümkün deyil, çünki göstərilən tarixlər bir-biri ilə uyğun gəlmir.

O, həmçinin həmin ərazidəki qədim kilsədə Şekspirin uydurma qəhrəmanı Cülyetta Kapuletin yaşadığını da iddia edib. Üstəlik, Verona əvəzinə Viçensanı göstərərək tarixi və ədəbi faktları qarışdırıb.

Peyk görüntüləri saxtakarlığı üzə çıxarıb

Araşdırmalar göstərib ki, tikilidə beton sütunlar, şüşəlif materiallar, papier-maşe, 2000-ci illərdə hazırlanmış heykəllər və müasir tikinti bloklarından istifadə olunub. Bütün bu elementlər köhnə görünməsi üçün xüsusi materiallarla örtülərək süni şəkildə köhnəldilib. Əraziyə hətta süni göl də əlavə edilib.

Peyk görüntülərinin müqayisəsi Malossonun təpənin yamacını hamarlayaraq bu tikilini sonradan inşa etdiyini təsdiqləyib. İddia olunduğu kimi, torpaq sürüşməsi nəticəsində burada qədim abidənin üzə çıxmasına dair heç bir sübut tapılmayıb.

Mütəxəssislər diqqətə çatdırırlar ki, tikilinin adı da yanlış seçilib. Amfiteatrlar elliptik formada olur, məsələn, Roma Kolizeyi kimi. Yarımdairəvi formalı bu tikili isə əslində teatr tipinə aiddir.

Məhkəmə Malossonu cərimələyib, həbs cəzasına məhkum edib və obyekti əvvəlki vəziyyətinə qaytarmağı tələb etsə də, saxta teatr hələ də sökülməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 774   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb

Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin "Beşiktaş"Hapoel Beer-Şeva" matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanı

27 noyabr
.

İran italyanların ölümündə günahı Ukraynaya atdı

İran Ukraynanı Küveytə pilotsuz uçuş aparatları ilə hücum təşkil etməkdə ittiham ediblər. Hücum nəticəsində "Rheinmetall Italia" şirkətinin iki italiyalı mütəxəssisi həlak olub, daha ikisi isə yaralanıb. xəbər verir ki, bu barədə "The New York Post" İranın nüvə proqramı üzrə danışıqla

29 noyabr
.

UKMTO: Silahlı qruplaşma Yəmən sahillərində yük gəmisini ələ keçirib

Yəmənin cənub sahilləri yaxınlığında, Ədən körfəzindən keçən gəmi bir qrup naməlum şəxs tərəfindən ələ keçirilib. "Report" xəbər verir ki, bu barədə noyabrın 28-i Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib. Kapitanın sözlərinə görə, silahlı şəxslər Qrinviç vaxt

29 noyabr
.

Reuters: Naməlum dron Latviyanın hava məkanına daxil olub - NATO qırıcıları havaya qaldırılıb

Latviyanın hava məkanı noyabrın 27-də səhər saatlarında naməlum pilotsuz uçuş aparatı tərəfindən qısa müddətə pozulub. Hadisəyə cavab olaraq NATO qırıcıları havaya qaldırılıb, Latviyanın silahlı qüvvələri isə müdaxilə məqsədilə xüsusi pilotsuz uçuş aparatı işə salıb. Reuters-in məlumatına görə, Latviyanı

27 noyabr
.

ABŞ ordusu RAF bazasındakı dronları dəf etdi, FT xəbər verir

"Financial Times" qəzetinin şənbə günü məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ ordusu bu ayın əvvəlində Britaniyanın RAF Lakenheath hərbi bazasına hücum edən təxminən altı dronu dəf edib. Reuters-ə istinadən xəbər verir ki, hesabatda deyilir ki, hadisə zamanı ABŞ-ı

28 noyabr
.

İordaniyada fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib

İordaniyada Bəlqa vilayətinin Əl-Kəramə rayonundakı fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib və nəfəs almaqda çətinlik çəkib. "Report" xəbər verir ki, bu barədə "Petra" agentliyi ölkənin İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb. Xilasedicilər zərərçəkənlər

29 noyabr
.

ABŞ-İran qarşıdurmasında gərginlik artır: Tramp yeni hərbi addımlara hazırlaşır

ABŞ və İran arasında davam edən qarşıdurmada gərginlik yenidən artıb. Vaşinqtonun Yaxın Şərqdə hərbi qüvvələrini gücləndirməsi, Tehranın isə son hadisələrlə bağlı ABŞ-ı ittiham etməsi bölgədə vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tram

27 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub

Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav

28 noyabr
.

Vanqanın 2027-ci il proqnozları üzə çıxdı -3 qorxulu iddia

1996-cı ildə vəfat edən bolqar görücü Vanqanın 2027-ci il üçün proqnozlrda Vladimir Putinin hakimiyyətdən gedəcəyi, qızılın bahalaşacağı və dünyada naməlum xəstəliyin yayılacağı iddia olunur. "Yeni Sabah" International Business Times-a istinadla xəbər verir ki, Rusiya Prezidentinə dair hə

27 noyabr