Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdiABŞ Prezidenti Donald Trampın administrasiyası nəsli kəsilməkdə olan heyvan və bitkilərin qorunmasını nəzərdə tutan qanunun tətbiq dairəsini məhdudlaşdıran yeni qaydalar qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, dəyişiklik ABŞ-də təxminən yarım əsrdir qüvvədə olan Nəsli Kəsilməkdə Olan Növlər Qanunu çərçivəsində qorunan canlıların yaşayış mühitinə təsirlərlə bağlı yanaşmanı dəyişir.

Yeni qaydalar 1600-dən çox nəsli kəsilməkdə olan növün yaşadığı ərazilərdə sənaye fəaliyyətlərinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasına imkan yaradır. Bu ərazilərdə neft və qaz hasilatı, mədənçilik və tikinti layihələrinin həyata keçirilməsi asanlaşa bilər.

Dəyişikliyin əsasını qanunda yer alan "zərər" anlayışının yenidən müəyyənləşdirilməsi təşkil edir.

ABŞ Ali Məhkəməsinin 1995-ci ildə qəbul etdiyi qərara əsasən, canlıların yaşayış mühitinin məhv edilməsi onların dolayı şəkildə zərər görməsinə səbəb olursa, bu, qanun pozuntusu hesab edilə bilərdi.

Yeni qaydalar isə daha dar yanaşma müəyyən edir. Buna əsasən, müəyyən bir layihənin qarşısını almaq üçün heyvan və ya bitkilərə birbaşa fiziki zərər vurulması və ya onların öldürülməsi kimi halların əsaslandırılması tələb olunacaq.

Qərar ABŞ-də ətraf mühit təşkilatlarının ciddi etirazına səbəb olub. Tənqidçilər yeni qaydaların nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin yaşayış mühitinin qorunmasını zəiflədəcəyini bildirirlər.

Tramp isə tənqidlərə sosial media hesabında cavab verərək əvvəlki qaydaları iqtisadi fəaliyyəti məhdudlaşdıran "bürokratik maneələr" kimi qiymətləndirib.

ABŞ Prezidenti bildirib ki, radikal ekoloqların mədənçilik, enerji və kənd təsərrüfatı layihələrinə mane olmasına imkan verilməyəcək və administrasiyası Amerika işçilərinin maraqlarını prioritet hesab edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 412   Tarix: 08 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13 oktyabr
.

Parisin ən qədim ərzaq bazarı yanıb

Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl

12 oktyabr
.

Fransa Rusiya nefti daşıyan tankeri saxladı - Makron açıqlama yaydı

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında Rusiya neftinin daşınmasında iştirak edən və "kölgə donanması"na daxil olan növbəti tankeri saxlayıb. Fransa Prezidenti Emmanuel Makronun verdiyi məlumata görө, oktyabrın 13-ü səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində "DF Peak"

13 oktyabr
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14 oktyabr
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12 oktyabr
.

İran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb

İranın cənub sahillərində balıqçı gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə nəticəsində 3 nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Reuters" Hörmüzqan əyalətinin qubernator administrasiyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, insident Sirik dairəsindəki Bondaran kəndindən təxminə

14 oktyabr
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12 oktyabr
.

Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?

Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd

12 oktyabr