Koxalski "Qarabağ"dan bu kluba transfer olunur
Polşalı qapıçı Mateuş Koxalski "Qarabağ"ı tərk etməyə yaxındır.
Qaynarinfo sportowefakty.wp.pl saytına istinadən xəbər verir ki, qolkiper Ekstraklasa təmsilçisi "Veçista"ya (Krakov) keçir. Bu barədə jurnalist Rafal Gikeviç məlumat yayıb.
Mateuş Koxalski son iki il ərzində "Qarabağ"da çıxış edib. O, 2024-cü ilin yayında "Stal Mieleç"dən Azərbaycan klubuna transfer olunub. Koxalski "Qarabağ"ın heyətində artıq 74 oyuna çıxıb. Ötən mövsüm Çempionlar Liqasında da 10 matç keçirib. Komanda pley-off mərhələsinə yüksəlib və burada "Nyukasl Yunayted"lə qarşılaşıb. Bundan əvvəl polşalı qapıçı "Çelsi", "Liverpul" və "Ayaks" kimi komandalarla da mübarizə aparmaq imkanı əldə edib.
Krakov klubu Ekstraklasanın debütantıdır və mövsümə iki məğlubiyyətlə başlayıb. Klub ilk turda "Radomyak Radom"a 1:2 hesabı ilə uduzub, daha sonra isə eyni hesabla "Lex Poznan"a məğlub olub. Beləliklə, iki turdan sonra komandanın hesabında xal olmayıb. Hazırda komandanın qapısını 21 yaşlı Antoni Mikulko qoruyur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1916 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqustDÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 26
5 sentyabrAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqustMessinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında
3 sentyabrToralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
4 sentyabrMark Qiu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub
İngiltərənin "Çelsi" klubunun hücumçusu Mark Qiu Almaniyanın "Leyptsiq" komandasına transfer olunub. xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. M.Qiu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir. Qeyd edək ki, 2024-cü ilin yayında "Barselona"da
1 sentyabrRafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları
Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur. Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqə
29 avqust