Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
Ukrayna Qara dənizdə Qazaxıstan neftinin ixracı üçün istifadə edilən və Rusiya ilə əlaqəsi olmayan tankerlərə, həmçinin infrastruktura zərbə endirməmək barədə öhdəlik götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər gəmilərin Rusiya ilə əlaqəsi yoxdursa, Ukraynanın sanksiyaları altında deyilsə və Rusiya yükü daşımırsa, rəsmi Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və terminala gələn gəmilərə hücum etməkdən çəkinəcək. Agentlik qeyd edir ki, Ukrayna bu öhdəliyi ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra qəbul edib.
Bundan əvvəl "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə üçüncü ölkələrin gəmilərini və neft infrastrukturunu vurmamaq barədə xəbərdarlıq edib. Qəzetin yazdığına görə, "Chevron" şirkətinin rəhbəri Mayk Virt Ağ Ev rəsmiləri ilə müzakirələr zamanı Ukrayna zərbələrinin dolayı zərərləri məsələsinə toxunub. Qeyd edək ki, sözügedən Amerika şirkəti Xəzər Boru Kəməri Konsorsiumunda 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasına xüsusi önəm verir.
Konsorsium bundan əvvəl də Qara dənizdəki terminalı ətrafında tankerlərə PUA hücumlarının olması barədə dəfələrlə məlumat verib. Sözügedən ittifaqın neft kəməri sistemi Xəzər dənizi regionundan dünya bazarlarına neftin nəqli üçün ən böyük marşrut hesab olunur. Uzunluğu 1.5 min kilometr olan əsas magistral boru kəməri Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahili ilə birləşdirir və burada neft konsorsiumun dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 397 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrFransa Rusiya nefti daşıyan tankeri saxladı - Makron açıqlama yaydı
Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında Rusiya neftinin daşınmasında iştirak edən və "kölgə donanması"na daxil olan növbəti tankeri saxlayıb. Fransa Prezidenti Emmanuel Makronun verdiyi məlumata görө, oktyabrın 13-ü səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində "DF Peak"
13 oktyabrEl-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12 oktyabrİran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb
İranın cənub sahillərində balıqçı gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə nəticəsində 3 nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Reuters" Hörmüzqan əyalətinin qubernator administrasiyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, insident Sirik dairəsindəki Bondaran kəndindən təxminə
14 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabrMarsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabr