Kuba üçün "Venesuela" planı hazırlanır?
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəhbərliyi xüsusi xidmət orqanlarına ABŞ-nin Nikolas Maduronu Bolivar Respublikasından çıxarmasından sonra Venesuelanın səlahiyyətli prezidenti olmuş Delsi Rodriges kimi birini tapmağı tapşırıb. ABŞ rəsmiləri Rodrigesi ölkə idarəçiliyini maneəsiz qəbul edə biləcək və Vaşinqtonla əməkdaşlığa hazır olan praqmatik bir siyasətçi hesab edirdilər. Nəşr yazır ki, Amerika administrasiyasında bəziləri Kubada da eyni cür praqmatik liderin tapıla biləcəyini düşünür, lakin ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Kuba Vaşinqtonla əməkdaşlığa hazır olmaması baxımından Venesueladan daha çox İrana bənzəyir.
ABŞ administrasiyasını qane edə biləcək namizədlər arasında Kubanın daxili işlər naziri Lasaro Alberto Alvares Kasasın və Raul Kastronun nəvəsi Raul Rodriges Kastronun adını çəkilir.
Daha əvvəl "The New York Times" mənbələrə istinadən bildirib ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə məxfi əməliyyat qrupu yaradıb. Qurum bu qrupun iştirakçılarının Kuba siyasi elitasında parçalanmaya səbəb olacağını, beləliklə ABŞ-yə qarşı sərt kurs tərəfdarlarının Amerika Prezidenti Donald Trampın tələblərini daha çox nəzərə almağa hazır olan liderlərlə əvəzlənməsinə nail olmağı hesablayır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 169 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaşinqton sammitinin ildönümü: London Cənubi Qafqazda sabitlik tərəfdarıdır
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqton Sammitində əld
8 avqustBu ölkədə şiddətli yağışlarla bağlı qırmızı həyəcan siqnalı verildi
Hindistan Meteorologiya Departamenti (IMD) güclü yağışlar səbəbindən paytaxt Yeni Dehli üçün ən yüksək hava xəbərdarlığı olan qırmızı həyəcan siqnalı elan edib. xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat verib. Güclü yağışlar Yeni Dehlinin bir neçə ərazisində geniş tıxaclara və daşqınlar
7 avqust1 milyon avroluq lotereya biletini səhvən zibilə atdı
İtaliyada böyük şans qazanan, lakin səhv anlaşılma səbəbindən zibilə atılan 1 milyon avro dəyərində lotereya bileti iki günlük axtarışdan sonra tapılıb. "Qafqazinfo"nun xəbərinə görə, hadisə ölkənin cənubundakı Apuliya bölgəsinin Bari şəhəri yaxınlığındakı Bitonto qəsəbəsində baş verib. Qali
6 avqustADNOC tankeri Hörmüz boğazında hücuma məruz qalıb
Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi (ADNOC) Hörmüz boğazından keçərkən raketlə vurulub. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM dövlət informasiya agentliyi məlumat yayıb. "Hücum nəticəsində heç kim xəsarət almayıb, vəziyyət nəzarətə götürülüb"
8 avqustVuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib. "Report" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Vuçi
8 avqustTrampı tənqid edən prokuror ABŞ Ədliyyə Nazirliyini məhkəməyə verdi
Ötən il işdən çıxarılan federal prokuror Will Rosenzweig, ABŞ Ədliyyə Nazirliyini prezident Donald Trampı tənqid edən açıqlamalarına görə onun konstitusiya ilə təsbit olunmuş söz azadlığı hüququnu pozmaqda ittiham edərək məhkəməyə verib. xəbər verir ki, bu barədə Associated Press məlumat verib. Rosenzwei
8 avqustABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib
ABŞ Səhiyyə Nazirliyi ciddi pozuntulara görə "Network of Hope" donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb. xəbər verir ki, Nazir Robert Kennedinin sözlərinə görə, aparılan federal yoxlamalar zamanı bəzi xəstələrin orqan donorluğu siyahısına əsassız daxil edildiyi, tibb
8 avqustİspaniya İtaliya ilə sərhəddə cavab tədbirləri görəcək
İspaniya hakimiyyəti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında sərhəd nəzarətini müvəqqəti olaraq bərpa etmək qərarına gəlib. xəbər verir ki, məhdudiyyətlər 8 avqust gecə yarısından 7 sentyabr gecə yarısına qədər qüvvədə olacaq. Bu müddət ərzində sərhədçilər sərnişinlərin sənədlərin
8 avqust