Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat: Nazir açıqlama verdi
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Boluda Yedigöllər Milli Parkına gəzintiyə gedərkən itkin düşən 10 qız uşağı və onları müşayiət edən üç əməkdaşla bağlı nazirlik tərəfindən təftişə başlanıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Nazir müşayiətçilərin hamısının kişi olması barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, uşaqları müşayiət edən üç əməkdaşdan yalnız sürücü kişidir, digər ikisi isə qadındır.
Göktaş açıqlamasında uşaqların və əməkdaşların sağ-salamat tapılmasının sevindirici hal olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da axtarış əməliyyatını ilk andan etibarən yaxından izlədiyi qeyd edilib.
Nazir bildirib ki, axtarışlar davam edərkən uşaqları müşayiət edən hər üç əməkdaşın kişi olması barədə məqsədli şəkildə təhrif edilmiş məlumatlar yayılıb. O, belə xəbərlərin çətin anlar yaşayan uşaqlara və fədakarlıqla çalışan əməkdaşlara zərər vurduğunu vurğulayıb.
Mahinur Özdemir Göktaş hadisənin bütün təfərrüatlarının araşdırılması məqsədilə nazirlik tərəfindən təftişə başlanıldığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 103 Tarix: 28 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsveçin baş naziri Aİ sammitində büdcə ilə bağlı ciddi mübahisə gözləyir
İsveçin müvəqqəti baş naziri Ulf Kristersson Avropa İttifaqının yeddiillik büdcəsi ilə bağlı növbədənkənar sammitdə ciddi mübahisələrin yaşanacağını gözləyir. xəbər verir ki, Kristersson Brüsseldə keçirilən görüşə gələrkən büdcə layihəsində xərclərin həddindən artıq çox olduğunu bildirib. Onun sözlərin
26 noyabrUzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək
28 noyabrYa sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin yeni biometrik pasportlarında doğum yeri kimi "Azərbaycan"ın göstərilməsi barədə danışıb. xəbər verir ki, Paşinyan brifinqdə bu məsələdə Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarının əsas götürülməli olduğunu bildirib
26 noyabrSerbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib. Bizim.Media Serbiyanın "Tanjug" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Parlamentin yeni seçilmiş sədri Aleksandar Kupiç məlumat verib. O, seçkilərin tarixini müəyyən edən sənədi imzaladıqdan sonra ölkə vətəndaşların
26 noyabrBu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək
2026-cı ildə ilin ən qısa gündüzü dekabrın 21-də müşahidə olunacaq. xəbər verir ki, bu barədə rusiyalı astronom Lyudmila Koşman RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, dekabrın 21-də qış gündönümü baş verəcək. Bu tarixdə Şimal yarımkürəsində ilin ən uzun gecəsi və ən qısa gündüz
26 noyabrİran Hörmüz boğazına nəzarəti əlində saxladığını açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ölkənin operativ nəzarəti altında olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayinin sözlərinə görə, stratej
28 noyabrPutin G20 sammitinə gələ bilər - Tramp
Rusiya Prezidenti Vladimir Putin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, bəzilərinin xoşuna gəlməyəcək", - Tramp bildirib. Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək. ABŞ artıq Rusiya Prezident
27 noyabr