Sağlamlıq üçün bu qidalar mütləqdir
Orqanizm daim sağlam qida tələb edir. Bu, həm dəriyə, həm orqanlara, həm də həyat tərzinə təsir edir.
Axşam.az xəbər verir ki, mütəxəssislər hər zaman qidalanmaya önəm verilməsinin vacibliyini vurğulayırlar.
Sağlamlığımız üçün vaz keçməməli olduğumuz 10 qidalanma qaydası:
1. Qara istiotsuz olmaz
Kök salatınıza bol miqdarda üyüdülmüş qara istiot səpin. Üzərinə bir az da zeytun yağı əlavə edin. Qara bibərin tərkibindəki piperin kökdə olan beta-karotenin sorulmasını artırır, zeytun yağı isə bu sorulma üçün lazım olan yağı təmin edir. Buna görə kök salatında qara bibər və zeytun yağını unutmayın.
2. Badamla bağırsaqları gücləndirin
Arıqlama proqramında ara yemək kimi badamdan istifadə edin. Badam prebiyotikdir və bağırsaqlarda faydalı maddələrin yaranmasını artırır. Bu maddələr bağırsaq divarının sağlam qalmasına və iltihabın azalmasına kömək edir. Təxminən 15-20 ədəd badam toxluq hissini uzadır və bağırsaq sağlamlığını dəstəkləyir.
3. Balqabaq tumunun gücü böyükdür
2 dolu xörək qaşığı balqabaq tumu gündəlik maqnezium ehtiyacının böyük hissəsini qarşılayır. O, E vitamini, sink, lif və bitki zülalı ilə zəngindir, həm həzmi yaxşılaşdırır, həm də uzun müddət tox saxlayır.
4. Alkoqol sidik turşusunu artırır
Alkoqol, içalat məhsulları və qabıqlı dəniz məhsulları qanda sidik turşusunu yüksəldə bilər. Şəkərli qidalar və içkilər də bu riski artırır. Az su içmək və yuxusuzluq da sidik turşusunun orqanizmdən xaric olmasını çətinləşdirir.
5. Qəhvə ilə maqnezium dəstəyi alın
Qəhvə müəyyən qədər maqnezium mənbəyidir. Orta miqdarda qəhvə içmək maqnezium qəbuluna töhfə verə bilər və qan şəkərinin tənzimlənməsinə dəstək ola bilər.
6. Səhər yeməyini keçməyin
Səhər yeməyini buraxmaq iştahın pozulmasına və gün ərzində qan şəkərinin daha qeyri-sabit olmasına səbəb ola bilər. Zülal, lif və sağlam yağlardan ibarət səhər yeməyi daha uzun müddət tox saxlayır. Ağ çörək, qızartma və çox şəkərli qidalardan uzaq durmaq məsləhətdir.
7. Süd daha keyfiyyətli yuxuya kömək edə bilər
Yuxu problemi olanlar üçün yatmazdan təxminən 1 saat əvvəl ilıq süd içmək faydalı ola bilər. Südün tərkibindəki triptofan rahatlama və yuxuya getməyə kömək edə bilər.
8. Prostata qarşı Aralıq dənizi qidalanması
Zeytun yağı, tam taxıllar və tərəvəzlə zəngin Aralıq dənizi tipli qidalanma prostat sağlamlığını dəstəkləyən ən faydalı qidalanma modellərindən biri hesab olunur.
9. Arıqlayarkən əzələləri qoruyun
Kilo verərkən əsas məqsəd yağ itirmək olmalıdır. Çox sərt pəhrizlər əzələ itkisinə səbəb ola bilər. Balanslı qidalanma və fiziki aktivlik əzələlərin qorunmasına kömək edir.
10. Uzunömürlülüyü dəstəkləyən qidalar
Buğda rüşeymi, balqabaq tumu, yetişmiş pendir, fındıq, şiitake göbələyi, noxud, yaşıl mərci və bezelyə hüceyrələrin yenilənmə prosesini dəstəkləyən maddələrlə zəngin qidalardır. Bu qidaları rasionda saxlamaq faydalı ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Elton qızına toy edir
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
9-cu sinif şagirdinin meyiti tapıldı
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin raket hücumunun qarşısını alıb
Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi
Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
Şərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - MƏQALƏ
Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"
Azərbaycanda terminallarla ÖDƏNİŞ QAYDASI DƏYİŞDİ
Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib