ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir
ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmilərə və mütəxəssislərə istinadən məlumat yayıb.
Tehran BMT müfəttişlərinin ən həssas nüvə mərkəzlərinə girişinə qadağa qoyub, bu səbəbdən yüksək dərəcədə zənginləşdirilmiş uranın hazırkı vəziyyəti barədə dəqiq məlumat yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirmələrinə görə, İranın əlində 60 faizədək zənginləşdirilmiş təxminən 440 kq uran qala bilər ki, bunun da əsas hissəsinin İsfahan yaxınlığında saxlanıldığı ehtimal edilir. Bu miqdarda uran əlavə zənginləşdirildikdən sonra doqquz və ya on nüvə bombası hazırlamaq üçün kifayət edə bilər. ABŞ kəşfiyyatı İranın həmin ehtiyatlara hələ də nəzarət etdiyini düşünür.
Hücumlar nəticəsində Fordo və Natanzdakı obyektlərə ciddi ziyan dəysə də, infrastrukturu tamamilə sıradan çıxarmaq mümkün olmayıb. Natanz yaxınlığında yerləşən və sentrifuqaların istehsalı üçün nəzərdə tutulan Pikaks dağı ətrafındakı yeraltı kompleksin inşası İran tərəfindən davam etdirilib. İran üzrə mütəxəssis, fizik Ceyms Ekton hesab edir ki, nəzarət mexanizmləri olmadığı təqdirdə Tehran bir ildən də az müddətdə nüvə silahı əldə etmək potensialına malikdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 413 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı
Günəşdə partlayışlar arasındakı beş illik maksimum fasilə müddəti qeydə alınıb. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, Günəş partlayışı aktivliyindək
28 noyabrİran Hörmüz boğazına nəzarəti əlində saxladığını açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının ölkənin operativ nəzarəti altında olduğunu bəyan edib. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayinin sözlərinə görə, stratej
28 noyabrDron təhlükəsi səbəbindən Almaniyada hava limanının fəaliyyəti dayandırılıb
Almaniyanın Köln/Bonn hava limanı pilotsuz uçuş aparatının aşkarlanması səbəbindən təxminən iki saat yarım müddətinə fəaliyyətini dayandırıb. xəbər verir ki, bu barədə "DPA" agentliyinə istinadən məlumat yayıb. Hadisə noyabrın 27-də axşam saatlarında baş verib. Hava limanının nümayəndəsini
28 noyabrTramp Putini niyə "dostu" adlandırdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putini "dost" adlandırması yalnız sülh sazişinin əldə olunmasına və Moskvanın cilovlanmasına xidmət edir. Onun sözlərinə görə, düşmənçilik ritorikası danışıqları mümkünsüz edərdi. Bu barədə Ağ Evin rəhbəri "Truth Social"
27 noyabrABŞ ordusu RAF bazasındakı dronları dəf etdi, FT xəbər verir
"Financial Times" qəzetinin şənbə günü məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ ordusu bu ayın əvvəlində Britaniyanın RAF Lakenheath hərbi bazasına hücum edən təxminən altı dronu dəf edib. Reuters-ə istinadən xəbər verir ki, hesabatda deyilir ki, hadisə zamanı ABŞ-ı
28 noyabr