Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı

Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldıABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifadə edib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, "Shelbit" hesablarından SEPAH-a məxsus rəqəmsal ünvana iki milyon dollardan çox vəsait köçürülüb. "Shelbit" bu ittihamları rədd edib. Kriptobirjanın saytında onun fəaliyyətini yanvar ayında dayandırdığı qeyd olunub.

ABŞ-nin qənaətinə görə, "Aban Tether" SEPAH-ın maraqları naminə ABŞ sanksiyaları altında olan digər kriptobirjalar - "Nobitex", "Wallex", "Bitpin" və "Ramzinex" ilə birlikdə milyonlarla dollar həcmində tranzaksiyalar həyata keçirib.

"Biz iqtisadi təzyiqi artırmağa davam edəcəyik. İstər dollar, istər rial, istərsə də kriptovalyuta olsun, Maliyyə Nazirliyi İran rejimini ayaqda saxlayan qanunsuz maliyyə şəbəkələrini aşkar edəcək və ləğv edəcək", - deyə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 126   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır

İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri

9 avqust
.

Kobaxidze: Haaqa və Strasburq məhkəmələrində müharibə cinayətləri törətmədiyimizi sübut etdik

Gürcüstan Haaqa və Strasburq məhkəmələrində ordusunun müharibə cinayətləri törətmədiyini sübut etdi. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze ölkəsinin 2008-ci il müharibəsi ilə bağlı beynəlxalq məhkəmələrdə əldə etdiyi nəticələrdən danışarkən bəhs edib

8 avqust
.

Almaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir

Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd

9 avqust
.

Dostunu öldürdü, meyitini parçalayıb qalıqları zibilliyə atdı

Rusiyanın Sankt-Peterburq şəhərində kişi dostunu öldürərək, meyitini zibil qutularına atıb. yerli mediaya istinadla bildirir ki, hadisə Lunaçarski prospektində yerləşən mənzildə baş verib. İstintaqın məlumatına görə, o, cinayətdən sonra meyiti hissələrə ayıraraq qalıqları zibil konteynerlərinə atıb

9 avqust
.

Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib. "Report" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Vuçi

8 avqust
.

ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq

ABŞ administrasiyası faydalı qazıntıların hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar investisiya yatıracaq. "Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin təşkil etdiyi mədənçıxarma şirkətlərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib

9 avqust
.

SEPAH: "Hörmüz boğazının açılması ABŞ-dən asılıdır"

İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər. xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibini

9 avqust
.

Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb

Nepal xilasediciləri ötən ilin noyabrında qar uçqunundan sonra beş alpinistin itkin düşdüyü Yalunq-Ri dağı ərazisində beş meyit aşkarlayıblar. Tapılan meyitlərin itkin düşmüş idmançılara aid olub-olmadığı hələlik müəyyən edilməyib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, itki

9 avqust
.

Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək

Ukrayna və ABŞ Kiyevə hər ay "Patriot" hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket əleyhinə vasitələrin tədarük edilməsi barədə razılığa gəliblər. "Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkar

8 avqust