İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb
İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada generalı Məhəmməd Rza Fəllahzadə deyib.
"Müharibənin ilk günlərində ölkə rəsmiləri müdafiə ehtiyaclarını qarşılamaq üçün Suriya, Şimali Koreya kimi ölkələrə səfər edib və silah gətiriblər", - o bildirib.
SEPAH rəsmisinin sözlərinə görə, hazırda İran ordusu aerokosmik, dəniz, daxili təhlükəsizlik, müasir hərbi texnika və silahların istehsalı sahələrində irəliləyib.
O qeyd edib ki, ölkədə təhlükəsizlik bərqərar olub və əməliyyatlarda yalnız hücumun mənbəyi olan ABŞ bazaları hədəf alınıb.
Fəllahzadə bildirib ki, İsrail İranla yanaşı, HƏMAS və "Hizbullah"ın da tərk-silahına nail ola bilməyib: "Yəmənin "Ənsar Allah" hərəkatı hələ də anti-İsrail müqavimətinin vacib elementlərindən biri olaraq qalır".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 234 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də sağ xəstələrin orqanlarını götürməyə cəhd edilib
ABŞ Səhiyyə Nazirliyi ciddi pozuntulara görə "Network of Hope" donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb. xəbər verir ki, Nazir Robert Kennedinin sözlərinə görə, aparılan federal yoxlamalar zamanı bəzi xəstələrin orqan donorluğu siyahısına əsassız daxil edildiyi, tibb
8 avqustİlon Mask Ukraynanın xahişinə "YOX" deyir: Səbəb Rusiya ilə bağlıdır
Amerikalı milyarder İlon Mask "SpaceX" şirkətinin təmin etdiyi "Starlink" peyk rabitəsi sistemindən Rusiyanın dərinliklərinə zərbələr endirmək məqsədilə istifadə olunmasına icazə verilməsi ilə bağlı Ukraynanın xahişini qəbul etmir. xəbər verir ki, bu barədə "The Atlantic"
9 avqustABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir
ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmilərə və mütəxəssislərə istinadən məlumat yayıb. Tehran BMT müfəttişlərinin ən həssa
9 avqustGündüz piramidaları ziyarət etmək qadağan olundu
Misir hakimiyyəti ekstremal istilər səbəbindən Giza piramidalarına və Luksordakı qədim abidələrə gündüz ekskursiyalarına məhdudiyyət qoyub. xəbərə verir ki, hazırda ən yüksək temperatur ölkənin mərkəzi və cənub bölgələrində qeydə alınır. Qahirədə havanın temperaturu gündüz kölgədə +36 dərəcəyə, Lukso
9 avqustAkın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb. O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı
9 avqustDostunu öldürdü, meyitini parçalayıb qalıqları zibilliyə atdı
Rusiyanın Sankt-Peterburq şəhərində kişi dostunu öldürərək, meyitini zibil qutularına atıb. yerli mediaya istinadla bildirir ki, hadisə Lunaçarski prospektində yerləşən mənzildə baş verib. İstintaqın məlumatına görə, o, cinayətdən sonra meyiti hissələrə ayıraraq qalıqları zibil konteynerlərinə atıb
9 avqustPentaqon keçmiş nazirin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb
Pentaqon ABŞ-ın keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendallın gizli məlumatlara çıxışını və məxfi xarakterli vəzifələr tutmaq imkanını məhdudlaşdırıb. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X sosial şəbəkəsində məlumat verib
9 avqust