Macarıstan paytaxtında QEYRİ-ADİ HADİSƏ: Qaban metroya girdi, sərnişinlər təxliyə edildi
Macarıstanın paytaxtı Budapeştdə metro stansiyalarından birində yaralı qabanın peyda olması səbəbindən sərnişinlər təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio.hu" xəbər portalı məlumat yayıb.
Məlumata görə, təxminən 60 kiloqram ağırlığında heyvan əvvəlcə ölkə parlamentinin qarşısındakı metro stansiyasının yaxınlığında yerləşən çörək sexində görülüb. Daha sonra qaban işləməyən eskalatorlardan biri ilə "Layoş Koşut meydanı" stansiyasının platformasına enib.
Nəqliyyat polisinin əməkdaşı heyvanı görərək stansiyaya gələn qatarın maşinistinə məlumat verib. Bundan sonra təhlükəsizlik məqsədilə platformadakı sərnişinlərdən vaqonlara qayıtmaları xahiş olunub. Qaban qısa müddətə vaqonlardan birinə daxil olub, lakin sərnişinlər xəsarət almayıb.
Daha sonra heyvan qatarı tərk edərək xidməti pilləkənlə relslərə enib, relslərin arasından keçərək qatarın altına girib.
Bu zaman sərnişinlər təxliyə edilib, stansiyanın ətrafı mühasirəyə alınıb. Qabanı fövqəladə halların nəticələrinin aradan qaldırılması xidməti əməkdaşları tutublar.
Hadisə yerinə gələn baytar heyvanın yaralandığını müəyyən edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 194 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021