Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib - Video
Kolumbiyanın Çoko departamentində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub.
"Qafqazinfo" "El Espectador" nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsində qeydə alınıb. Zəlzələ ölkənin paytaxtı Boqota ilə yanaşı, Pereyra və Manisales şəhərlərində də güclü hiss olunub. Sakinlər kütləvi şəkildə binaları tərk edərək küçələrə axışışblar.
Çoko Fövqəladə Halların İdarə Olunması Agentliyinin son məlumatına görə, azı 10 nəfər yaralanıb, 3 nəfər isə itkin düşmüş hesab olunur. Departamentin mərkəzi Kibdo şəhərində bir neçə yaşayış evi və tikili çöküb, infrastruktura ciddi ziyan dəyib.
Fəlakətdən ən çox zərər çəkən ərazilərdən biri də Kali şəhəridir. Şəhər meri Aleksandro Eder 19 binanın ciddi zədələndiyini və dağıntılar altında insanların qaldığını açıqlayıb:
"Boqota və Medelyindən xilasedicilərin köməyini xahiş etmişəm. Ən azı 19 bina çöküb, dağıntılar altında insanlar var. Bütün xilasetmə qrupları döyüş hazırliğı vəziyyətinə gətirilib".
Bundan əlavə, təbii fəlakət nəticəsində magistral yollarda güclü torpaq sürüşmələri baş verib. Fresno - Manisales şosesi tamamilə bağlanıb.
*
Zəlzələ nəticəsində ölənlərin sayının 30-u ötdüyü bildirilir.
Bu barədə Pereyra şəhərinin meri Maurisio Salasar "Caracol" radiostansiyasının efirində bildirib.
*
Zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
*
Zəlzələ nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
*
Zəlzələ nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.
*
Zəlzələ nəticəsində azı 132 nəfər ölüb, daha 570 yaralı var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 483 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabrFransa Rusiya nefti daşıyan tankeri saxladı - Makron açıqlama yaydı
Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında Rusiya neftinin daşınmasında iştirak edən və "kölgə donanması"na daxil olan növbəti tankeri saxlayıb. Fransa Prezidenti Emmanuel Makronun verdiyi məlumata görө, oktyabrın 13-ü səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində "DF Peak"
13 oktyabrPakistanda sərnişin qatarı relsdən çıxdı
Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb. xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, qata
13 oktyabrTramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır
ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt
13 oktyabrMeloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabrİran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb
İranın cənub sahillərində balıqçı gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə nəticəsində 3 nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Reuters" Hörmüzqan əyalətinin qubernator administrasiyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, insident Sirik dairəsindəki Bondaran kəndindən təxminə
14 oktyabrRoma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat
14 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabr