"Məsələyə hüquqi müstəvidə və qanun çərçivəsində münasibət bildiriləcək" - David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov son günlər mətbuatda onun haqqında dərc edilən xəbərlər münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, David Seliverstov qeyd edib ki, hazırda baş vermiş hadisələrlə bağlı bütün sübutlar, materiallar, elektron yazışmalar, ekran görüntüləri, audio-video materiallar və digər sənədlər sistemləşdirilir və hüquqi qaydada hazırlanır:
"Mənim barəmdə yayılan və ya yayılması nəzərdə tutulan məlumatlarla bağlı bildirirəm ki, şəxsi və ailə həyatına, habelə xüsusi kateqoriyalı fərdi məlumatlara müdaxilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi çərçivədən kənara çıxa bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi və ailə həyatının sirrinin qorunmasını təmin edir. "Fərdi məlumatlar haqqında" Qanunun 2.1.6-cı maddəsinə əsasən, şəxsin ailə həyatı, dini etiqadı və əqidəsi, səhhəti, məhkumluğu və digər qanunda göstərilən məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlar hesab olunur. Həmin məlumatların toplanılması, işlənilməsi və yayılması qanunvericiliyin tələblərinə uyğun hüquqi əsaslara söykənməlidir.
Eyni zamanda, konkret hallardan asılı olaraq, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanılması, yayılması və ya başqasına verilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi baxımından hüquqi qiymətləndirmə predmeti ola bilər.
Bu səbəbdən, mənim şəxsi həyatım və ya xüsusi kateqoriyalı fərdi məlumatlarımla bağlı qanunsuz hərəkətlərin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının səlahiyyətli hüquq-mühafizə orqanlarına müraciət etmək hüququmdan istifadə edəcəyəm".
"Məsələyə hüquqi müstəvidə və qanun çərçivəsində münasibət bildiriləcək. Heç kəsin hüquq sahəsində fəaliyyət göstərməsi ona qanunvericiliyi yanlış şərh etmək və ya digər şəxslərin hüquqlarını pozmaq imkanı vermir.
Açığı, hüquq sahəsində çalışan bəzi şəxslərin fundamental hüquq normaları barədə məlumatsızlığı və ya həmin normaları bilərəkdən yanlış təqdim etməsi hüquqi baxımdan olduğu qədər peşə etikası baxımından da çox təəssüf doğuran və utancverici haldır.
Elecə də süni intellekt vasitəsilə şəkillər və videolar düzəldib və sifariş əsasında saytlarda, sosial şəbəkələrdə paylaşmaq qanuna ziddir addımlardır. Bu gün intellekt kimisə şantaj etmək, nüfuzdan salmaq və işgüzar nüfuzuna xələl gətirmə üçün alət deyil. Bütün bunları edənlə bağlı qanunda müəyyən cəzalar var. Ən önəmlisi isə məhkəmə qərarı olmadan kimisə dələduz, saxtakar və fırıldaqçı kimi təhqiramiz ifadələr işlədənlər barədə. Mən hüquqlarımı qanununi yollarla qoruyacam, Çingiz Qənizadə kimi əyri yollarla, saytlara sifarişlə yazı yazdırmaqla yox.
Mən bütün məsələləri konkret faktlar, sübutlar və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında hüquqi qaydada həll etmək niyyətindəyəm.Hüquqi qiyməti isə artıq aidiyyəti və səlahiyyətli dövlət orqanları verəcək.Yaşasın Hüquqi Azərbaycan dövləti!"- deyə David Seliverstov vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Ceki Çan milli yeməklərimizdən yeyib, muğam dinlədi
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bunu etməlisiniz
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi
Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu (TƏFƏRRÜAT/FOTO)
5 740 namizəd müsahibəyə dəvət olunub: Məktəblərdə müəllim çatışmazlığı aradan qalxıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması
Bal satışında YENİLİK: Bunlar əsas götürülməlidir
Sabah da yağış yağacaq
AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - FOTO