Abituriyentlərin NƏZƏRİNƏ: İxtisas seçimində bunlara diqqət etməlisiniz
Aşağı bal toplayan abituriyentlər üçün ixtisas seçimi mərhələsi daha diqqətli yanaşma tələb edir. Bu zaman yalnız əvvəlki illərin keçid ballarına baxmaq kifayət etmir, çünki keçid balı hər il həmin ixtisas üzrə plan yerləri, müsabiqədə iştirak edənlərin sayı və nəticələrindən asılı olaraq formalaşır.
Bəs, aşağı bal toplayan abituriyentlər universitet və ixtisas seçərkən hansı meyarlara üstünlük verməli, yalnız keçid balına əsaslanmaq əvəzinə gələcək karyera imkanlarını və şəxsi maraqlarını necə nəzərə almalıdırlar?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, keçid balı meyarlardan sadəcə biridir. Burada Dövlət İmtahan Mərkəzinin hesabatlarında, rəsmi elanlarında və Məleykə xanımın iclaslarında səsləndirilən fikirlərə də diqqət yetirmək lazımdır.
"Əgər aşağı bal toplayanların sayı çoxdursa, bu, həmin ballar üzrə rəqabətin daha yüksək olacağı və balların yuxarı qalxacağı anlamına gəlir. Əgər aşağı bal toplayanların sayı azdırsa, rəqabət də az olacaq və ballar aşağı düşə bilər. Hazırda Dövlət İmtahan Mərkəzinin qeydlərində yüksək bal toplayanların sayının az olduğu qeyd olunur. Bu səbəbdən 500-600 bal toplayanlar arasında rəqabətin daha az olacağı və balların müəyyən qədər aşağı düşə biləcəyi gözlənilir. Aşağı bal toplayanlar arasında isə rəqabətin daha çox olacağı ehtimal edilir".
Ekspert bildirib ki, bu baxımdan ixtisas seçimi zamanı bunu nəzərə almaq lazımdır:
"Şagirdlər öz ballarından təxminən 50-100 bal aşağı olan ixtisasları da seçimlərinə daxil etməlidirlər. Məsələn, topladığı baldan 50-70 bal aşağı keçid balı olan yerləri yazmaq qəbulolma şansını artıra bilər. Mənim ümumi tövsiyəm isə ondan ibarətdir ki, 100-150 və ya 200 balla təsadüfi bir ixtisasa qəbul olmaqdansa, yenidən hazırlaşıb 500-600 bal toplamaq və istədiyi ixtisasa qəbul olmaq daha yaxşı qərardır. Yəni "hara düşsəm, ora" məntiqi ilə hər hansı ali təhsil müəssisəsinə getməkdənsə, məqsədli şəkildə hazırlaşıb istənilən ixtisasa qəbul olmaq daha məqsədəuyğundur".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri