Güclü zəlzələdə ölənlərin sayı 281-ə çatdı
Kolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı 281-ə yüksəlib. Təbii fəlakət nəticəsində minlərlə insan yaralanıb, yüzlərlə şəxsin taleyi isə hələ də məlum deyil.
"Qafqazinfo" xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella mətbuat konfransında axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 3 971 nəfər yaralanıb, 379 nəfər isə itkin düşüb.
Prezident əsas prioritetin dağıntılar altında qalan insanların xilas edilməsi olduğunu vurğulayıb.
"Vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızdan istifadə edirik. Həmçinin yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin imkanlarından da yararlanırıq. Ürəyim qurbanların ailələri və hələ də itkin düşənlərlədir", - deyə De la Espriella bildirib.
De la Espriellanın sözlərinə görə, zəlzələ nəticəsində 127 bina dağılıb, 65 841 ev zədələnib, 10 677 ev isə tamamilə dağılıb.
Ölkədə zəlzələdə həyatını itirənlərin xatirəsinə üç günlük ümummilli matəm elan edilib.
Fəlakətdən ən çox zərər çəkən şəhərlərdən biri olan Pereirada Prezident De la Espriella evlərini itirən ailələrə kirayə yardımı göstəriləcəyini açıqlayıb.
Kolumbiyada avqustun 7-də vəzifəyə başlayan Prezident zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması üçün xilasetmə və yardım işlərinin davam etdiriləcəyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 250 Tarix: 14 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklər
Aşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar. Qaynarinfo xəbər verir ki
13 avqustİsrail ordusu Livanın cənubunu bombalamağa davam edir
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı bir neçə kənd və qəsəbədə bombalama və dağıtma əməliyyatlarını davam etdirir. xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat verib. NNA-nın məlumatına görə, yerli vaxtla gecə yarısı radələrində İsrail qüvvələri Maşa əl-Mənsuri ərazisind
14 avqustZelenski ABŞ-yə göndərməyə adam tapmır
Volodimir Zelenski Ukraynanın ABŞ-dəki səfirliyinə rəhbərlik edə biləcək kifayət qədər nüfuza malik şəxs tapmağa çalışsa da, bu cəhdləri hələ ki nəticəsiz qalır. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Zelenski sabiq baş nazir Yuliya Sviridenkon
14 avqustUşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə
14 avqustQitəni bürüyəcək partlayış: Amerikadakı nəhəng vulkan püskürə bilər?
ABŞ-ın Vayominq, Montana və Aydaho ştatlarının ərazisində yerləşən Yellouston Milli Parkı geyzerləri, isti bulaqları və möhtəşəm mənzərələri ilə məşhurdur. Lakin parkın altında adi vulkanların püskürmələrindən qat-qat böyük miqyaslı proseslərə səbəb ola bilən nəhəng vulkanik sistem yerləşir. Qaynarinf
13 avqustİndoneziyada güclü zəlzələ - Ölənlərin sayı artıb
İndoneziyanın Flores adası sahillərində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb. xarici KİV-ə istinadən xəbər verir ki, xilasetmə xidmətlərinin məlumatına görə, daha 6 nəfər xəsarət alıb, 2 nəfər isə dağıntılar altında qalıb. Zəlzələdən sonra bölgədə güclü təkanla
15 avqustAy Günəşi "söndürdü"... - Fotolar - Video
Avropanın bəzi bölgələrində nadir astronomik hadisə müşahidə olunub. Tam Günəş tutulması milyonlarla insanı İslandiya və İspaniyada küçələrə, müşahidə məntəqələrinə və sahillərə çıxarıb. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Ayın Günəşlə Yer arasına keçərək Günəşin diskini tamamilə örtməs
13 avqust