Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmazda iki ata övladını BIÇAQLADIXaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər.

Sonxeber.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb.

Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə sağ böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Araşdırma zamanı ata İlqar Musayevin oğlunun sağlamlığına yüngül xəsarət yetirdiyi məlum olub.

Digər ailə mübahisəsi isə rayonun Qadaşoba kəndində yaşanıb. Kənd sakini, 40 yaşlı Saməddin Şıxanov 18 yaşlı oğlu Ceyhun Şıxanovun sağ qol nahiyəsinə bıçaqla zərbə endirib.

Sağ qolundan yaralanan oğul Ceyhun Şıxanov dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər hər iki yaralıya ilk tibbi yardım göstərib. Vəziyyətləri yaxşıdır.

Hər iki bıçaqlanma hadisəsi ilə bağlı Xaçmaz Rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma başlanılıb. Hadisələri törədən İlqar Musayev və Saməddin Şıxanov Xaçmaz polisi tərəfindən saxlanılıblar.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 725   Tarix: 15 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini

11 noyabr
.

Şamaxıda qadın su çənində boğuldu

Şamaxı rayonunda 50 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, Şamaxı şəhər sakini 1976-cı il təvəllüdlü Piriyeva Pakizə Gülaməddin qızı həyətindəki su çəninə düşüb. O, suda boğularaq vəfat edib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı

11 noyabr
.

Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı

Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub

5 noyabr
.

Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq

Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda

31 oktyabr
.

Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat

Bakıda gənc rəssamın ölümünün yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətl hadisəsində şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev və bacısı tələbə olublar. A.Mehdiyev universitetin 1-ci kursunda, bacısı isə 3-cü kursda oxuyublar. Hadisə vaxtı qardaş və bacısı evdə tək olublar

18 noyabr
.

Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi

Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs

13 oktyabr
.

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 3395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyəti

4 noyabr
.

Atasını öldürən Ayxana 1 il yarım həbs verildi

Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə

14 oktyabr
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

5 oktyabr