Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır
Yay aylarında artan istilik mətbəxdəki zibil qutularında pis qoxunun daha sürətli yaranmasına və milçəklərin bu bölgəyə yönəlməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün tövsiyə edilən sadə üsullardan biri zibil paketini taxmazdan əvvəl qutunun dibinə bir neçə xörək qaşığı soda səpməkdir.
Milli.Az xəbər verir ki, soda xüsusilə qida qalıqlarından qaynaqlanan pis qoxuların azalmasına kömək edir. Zibilin dibində yığılan nəmlik və mayelər qoxunun qısa müddətdə ağırlaşmasına səbəb olur, soda bu mühitin nəzarət altında saxlanmasını asanlaşdırır. Beləliklə, milçəkləri zibil qutusuna çəkən kəskin qoxunun da azaldır. Sodanın nəmlənməsi və ya paketdən maye sızması halında yenilənməsi lazımdır.
Ətirli yağlardan da istifadə etmək olar
Zibil qutusunda tətbiq oluna bilən digər bir üsul isə kiçik bir parça pambığa bir neçə damla limon, evkalipt və ya çay ağacı yağı damlatmaqdır. Pambıq paket yerləşdirilməzədən əvvəl qutunun dibinə qoyulur. Bu yağların kəskin qoxusu zibil qoxusunun qarşısının alınmasına kömək edərkən, xüsusilə isti günlərdə qutunun ətrafındakı narahatedici qoxunun azalmasını təmin edir. Bu üsullarla yanaşı, zibil qutusunun mütəmadi olaraq təmizlənməsi də vacibdir. Xüsusilə meyvə, tərəvəz, ət və yemək qalıqları isti havalarda qısa müddətdə xarab ola bildiyi üçün paketin uzun müddət saxlanmaması lazımdır. Qutunun yuyulduqdan sonra tamamilə qurutulması və dibində maye buraxılmaması da milçəklərin çoxalacağı mühitin yaranmasını çətinləşdirir.
Sodanın müəyyən fasilələrlə yenilənməsi və qutunun təmiz saxlanması ilə xüsusilə yay aylarında ortaya çıxan pis qoxu və milçək problemi əhəmiyyətli dərəcədə azaldıla bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 558 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLimonların ömrünü uzadan saxlama üsulları
Mətbəxdə tez-tez istifadə olunan limon otaq temperaturunda saxlandıqda tez quruyur, qabığı bərkiyir və şirəsini itirir. Təzə limon həm daha şirəli, həm də yumşaq qabıqlı olur. xəbər verir ki, limonun dadını və təravətini qorumaq üçün aşağıdakı üsullardan istifadə etmək olar:. Bütöv limonların saxlanması
29 noyabrÇiy toyuq ətini yumaq niyə təhlükəli hesab olunur?
Mətbəxdə geniş yayılmış vərdişlərdən biri çiy toyuq ətini bişirməzdən əvvəl suyun altında yumaqdır. Lakin qida təhlükəsizliyi üzrə mütəxəssislər bu üsulun bakteriyaların mətbəx səthlərinə yayılmasına səbəb ola biləcəyini bildirirlər. -a saytına istinadla xəbər verir ki, ət məhsullarının saxlanması v
26 noyabrSən demə buzlaqlar da "oxuya" bilirmiş
Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır. Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaş
27 noyabrBalaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
Tullantıların arasından təkcə plastik, kağız və metal deyil, bəzən insanların itirdiyi pul, sənədlər, avtomobil nömrələri, hətta müxtəlif dəyərli əşyalar da çıxır. Bəs bu əşyalar tapıldıqdan sonra hara gedir, taleləri necə olur? . "Təmiz Şəhər" ASC-dən -ın sorğusuna cavab olaraq bildirili
29 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrBu ailə davranışları uşaqları məktəbdə zorakılığa sövq edir - ARAŞDIRMA
Valideynlərin uşaqlarına tez-tez dediyi "Sənə vurana sən də vur", "Özünü əzdirmə" kimi ifadələr onların münaqişələri zorakılıq yolu ilə həll etməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, ailədə fiziki şiddət, sərt tərbiyə üsulları və uşağa qarşı emosional laqeydlik məktəbd
26 noyabrYeni canlı növü kəşf edildi
Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb. "Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelu
26 noyabrYuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar
25 noyabr